• $
  • €
  • ₽
  • ₺
  • £

Neftin ucuzlaşması hansı problemləri yarada bilər? - Açıqlama

Neftin ucuzlaşması hansı problemləri yarada bilər? - Açıqlama
13.10.2014 12:49

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov dünya bazarında neftin qiymətinin düşməsinin dövlət büdcəsinə təsirləri barədə danışıb. 

O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, neftin qiymətinin düşməsi nəzarətdə saxlanılır: “Dövlət başçısı da hökumətin iclasında bu məsələyə toxundu. Hökumətə tapşırdı ki, neftin qiymətini nəzərə alsınlar. 

Neftin qiyməti kəskin aşağı düşür. Artıq 90 dollara yaxınlaşıb. Biz 2014-cü ilin dövlət büdcəsində neftin qiymətini 100 dollar götürmüşdük. Amma 2015- ci ilin dövlət büdcəsində 85-90 dollar götürməliyik ki, yenə enmələr baş versə, problemlər yaşanmasın. Çünki büdcənin 60 faizə qədəri neftin qiymətindən asılıdır.  Neftin qiymətinin Azərbaycan üçün çox böyük əhəmiyyəti var.

Neftin qiymətinin aşağı düşməsinin əsas səbəblərindən biri Rusiyanın Krımı ilhaq etməsi, Donetsk, Luqanskda baş verənlər, o cümlədən Amerikada neft hasilatınınn artımı ilə  əlaqədardır. Bütün bunlar onu göstərir ki, bu proses ilin axırına kimi davam edəcək”. 

Vahid Əhmədov neftin qiymətinin düşməsinin əhalinin əmək haqqısına təsir edəcəyini güman etmir: “Azərbaycanın 53 milyarda yaxın ehtiyatı var. İstənilən vaxt dövlət başçısı ondan istifadə edəcək. Mən hesab edirəm ki, 2015- ci ilin dövlət büdcəsində Dövlət Neft Fondundan transfertin də miqdarı da 1-2 milyard artacaq ki, sosial müavinətlər, maaşlarla bağlı problem yaranmasın”.

Büdcənin yenidən müzakirəsi məsələsinə də toxunan millət vəkili qeyd edib ki, 2015- ci ilin dövlət büdcəsi hələ qəbul olunmayıb: "Büdcə hökumətin iclasında təsdiq olunub. Dövlət başçısı büdcəyə baxaraq Milli Məclisə göndərməlidir. Yəqin ki, bu günlərdə büdcə yenidən müzakirə olunacaq”.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol