• $
  • €
  • ₽
  • ₺
  • £

Elman Rüstəmovdan manatla bağlı vacib AÇIQLAMA

Elman Rüstəmovdan manatla bağlı vacib AÇIQLAMA
01.02.2019 11:53
2018-ci ildə başlıca vəzifə Azərbaycanda makroiqtisadi sabitliyi dayanıqlı hala keçirmək idi. Ölkə bu ili 2,3% orta illik inflyasiya ilə başa vurdu. Bu məsələdə məzənnə dayanıqlığının xüsusi rolu oldu. 

Anews.az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, 2018-ci il üzrə Dövlət Neft Fondundan büdcəyə köçürülməli olan vəsaitin 100 milyonu büdcəyə valyuta şəklində daxil olub. Bu isə dövlətin valyuta ilə olan öhdəliklərinə xidmət edəcək.

"Manatın sabitliyinin qorunması üçün aprel-avqust aylarında panika yaranmaması üçün tədbirlər gördük. Qonşu dövlətlərdə milli valyutalarda yüksək volatillik bizə də ciddi şəkildə təsir etdi. Mərkəzi Bankın valyuta ehtiyatlarından istifadə etməyərək, valyuta satışının həcmini bir qədər yüksəlməklə vəziyyəti tənzimlədik. Ölkənin tədiyyə balansında üç milyard dollarlıq artıq valyuta təklifi ola bilərdi, ancaq bu valyutanın göstərə biləcəyi təsirlər də sterilizasiya nəticəsində aradan qaldırıldı.  

Manatın məzənnəsi ilə bağlı son söhbətlər qeyri-ciddidir. Neftin şokundan qorunmaq üçün müvafiq addımlar atılıb və tədbirlər görülüb. Bu məsələ əhəmiyyətli dərəcədə neytrallaşdırılıb və volatillik məhdudlaşdırılıb”. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol