• $
  • €
  • ₽
  • ₺
  • £

“Amrahbank” yenidən böyüməyə başlayıb

“Amrahbank” yenidən böyüməyə başlayıb
01.02.2019 13:32
2017-ci illə müqayisədə 2018-ci ildə "Amrahbank”ın cəmi aktivləri 25 milyon 560 min manat və ya 12,5% artaraq 230 milyon 330 min manata çatıb. "Amrahbank” 2017-ci ilin sonunda 204 milyon 770 min manat cəmi aktivlərə malik idi.


Anews.az bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, illik müqayisədə "Amrahbank”ın xalis kredit portfeli (müştərilərə verilən kreditlər) 16 milyon 677 min manat və ya 17,5% artaraq 111 milyon 862 min manata qalxıb.


İllik müqayisədə müştəri hesabları (o cümlədən müddətli və tələbli depozitlər) 139 milyon 405 min manatdan 185 milyon 930 min manata yüksəlib (33,3% artıb).


2017-ci illə müqayisədə 2018-ci ildə "Amrahbank”ın cəmi öhdəlikləri 44 milyon 223 min manat və 27,7% artaraq 203 milyon 928 min manata çatıb.
 

Qeyd edək ki, 2016-cı illə müqayisədə 2017-ci ildə Bankın aktivləri, kredit portfeli və öhdəlikləri azalmışdı.
 

Ötən il "Amrahbank”ın cəmi gəlirləri 16 milyon 889 min manat, cəmi xərcləri isə 29 milyon 442 min manat təşkil edib. Bank ötən ili 12 milyon 553 min manat zərər ilə başa vurub. 2017-ci ildə "Amrahbank”ın cəmi gəlirləri 23 milyon 122 min manat, cəmi xərcləri 31 milyon 723 min manat təşkil etmişdi. Bank həmin ili 8 milyon 601 min manat zərər ilə bağlamışdı.

 
"Amrahbank”ın aktivlərinin, o cümlədən müştərilərə verilən kreditlərin yenidən artmaqda davam etməsilə Bankın gəlirlərinin artacağı gözlənilir.

 
Ötən il "Amrahbank” xarici valyuta əməliyyatları üzrə 3 milyon 783 min manat xalis gəlir əldə edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol