• $
  • €
  • ₽
  • ₺
  • £

Elman Rüstəmov kölgə iqtisadiyyatından danışdı

Elman Rüstəmov kölgə iqtisadiyyatından danışdı
01.02.2019 13:56
Azərbaycanda dövriyyədə olan 200 manatlıq əskinaslar pul dövriyyəsinin ancaq 5%-ni təşkil edir. Bunun ən böyük səbəblərindən biri isə kölgə iqtisadiyyatıdır.

Anews.az xəbər verir ki, hazırda dövriyyədə 400 milyon manat həcmində 200 manatlıq əskinaslar var. 

Ümumiyyətlə, dövriyyədə 200 manatlıqların az olmasının bir neçə səbəbi var. 

Mərkəzi Bank sədri Elman Rüstəmovun sözlərinə görə, bunlardan biri odur ki, bu əskinas bankomat sistemində əmək haqlarının ödənilməsi üçün istifadə olunmur.

Eyni zamanda nağd pul dövriyyəsi ilə qeyri-nağd pul dövriyyəsi arasında əlaqə çox zəifdir, yəni pul təzələnmir. Bank sektorundan 200 manatlıqlara sifarişlər gəlmir.

"Bank sektorundan sifariş gəlmirsə, deməli iqtisadiyyatdan gəlmir. Ən böyük məsələ də budur ki, niyə gəlmir? Hesab edirəm ki, iqtisadiyyatın bu tələbatı var. Xüsusilə də nağd iqtisadiyyatdakı pul başlıca olaraq ödəniş funksiyasını yerinə yetirir. Ödəniş funksiyalarında isə daha iri nominallar tələb olunur, amma niyə bu tələb yoxdur haqqında bizim versiyalarımız var. Burada dramatik bir faciə yoxdur, amma daha çox iqtisadi səbəblər var. Bu, kölgə iqtisadiyyatı ilə əlaqədardır”.

Daha sadə dillə ifadə etsək, dövriyyədə nağd pulun istifadə edilməsi obyektiv olaraq məhdudlaşdırıldı. Kölgə iqtisadiyyatı isə əlindəki nağd pulu dövriyyəyə çıxartmır, əgər çıxartsaydı bu zaman 200 manatlıqlara ciddi tələbat yaranardı.

E.Rüstəmov bildirib ki, kölgə iqtisadiyyatının əlindəki pul rəsmi dövriyyədən kənarda qalıb.

"Daha dəqiq bilmək istəsəniz, nağd pul kütləsi böyük həcmdə kölgə iqtisadiyyatının əlindədir. Banklarda onu dəyişə bilmirlər, çünki bu gün banklarda ciddi qaydalar və normativ sənədlər var. Ona görə də 200 manatlıqlar biz düşündüyümüzdən çox az sürətlə dövriyyəyə daxil olur. Bu gün kölgə iqtisadiyyatı olmasaydı, iri nominallar 10 dəfə daha sürətlə dövriyyəyə daxil olardı”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol