• $
  • €
  • ₽
  • ₺
  • £

"Neft 60 dollar ucuzlaşa bilər" -Açıqlama

"Neft 60 dollar ucuzlaşa bilər" -Açıqlama
10.10.2014 17:49

Dünya bazarlarında neftin qiyməti aşağı düşür. ANN.Az-ın məlumatına görə bu barədə iqtisadçı ekspert Natiq Cəfərli “Media forum” saytına  danışıb: “Neftin qiymətinin enməsinin bir neçə fundamental iqtisadi səbəbi var. Birincisi, ABŞ və Kanadada slans qazı və neft inqilabı yaşanır. 2008-ci ilə qədər Şimali Amerika dünyada istehsal olunan neftin 30 faizə yaxınını istehlak edirdi. Əsasən Venesuela və Ərəb yarımadasından neft alırdılar. Qətərdən isə ildə 30-35 milyard kubmetr qaz idxal olunurdu. 2008-ci ildən Şimali Amerikada slans qazı və nefti inqilabı başladı. 2009-cu ildə isə ABŞ dünyada ən çox qaz istehsal edən ölkə oldu: Qətərdən qaz almasını dayandırdı, özü özünü qazla tam təmin etdi. 2016-dan isə ABŞ ixraca başlayacaq.

 Neftlə isə ABŞ bu ildən özü özünü tam təmin etdi, bundan əlavə 40 ildən sonra ilk dəfə olaraq gündə 600 min barrel neft kondensatını dünya bazarında satmağa başladı.

İkincisi, ABŞ-ın Federal Ehtiyatlar Sistemi 2008-dən bəri hər ay dünya birjalarına 85 milyard dollar vəsait axıdırdı, bu isə qiymətləri yuxarı çəkirdi. 2014-ün əvvəlindən hər ay bu proqram azaldılmağa başladı, gələn ilin əvvəlindən isə tamam bağlanır, yəni bazarlarda ucuz pul dövrü bitir. Sistem gələn ildən uçot dərəcəsini qaldıracaq, bu isə dolların daha bahalı olması ilə nəticələnəcək.

Üçüncüsü, Avropa ölkələri iqtisadi tənəzzüldən çıxa bilmir. Avropa Birliyində ortalama iqtisadi artım 1 faiz həndəvərində olacaq ki, bu da əsasən Almaniyanın hesabınadır. Belə vəziyyət neftin istehlakını azaldır, bu isə qiymətlərin enməsinə gətirib çıxarır.

Dördüncüsü, Çində də iqtisadi artım xeyli yavaşlayıb, bu il cəmi 7 faiz olması gözlənir. Bu da neftin istehlakını azaldan əsas faktorlardan biridir. O cümlədən OPEK ölkələrində neft hasilatı artır. Bundan əlavə ilin əvvəlində Liviyada gündəlik hasilat 250 min barrel olduğu halda indi az qala günə 1 milyon barrel neft hasilatı bərpa olunub və yaxın gələcəkdə gündəlik hasilat 1,5 milyon barrelə çatacaq.

İran kimi böyük neft-qaz potensialı olan ölkə artıq dünya bazarına yenidən daxil olmağa başlayır, əgər yaxın gələcəkdə İranla bağlı sanksiyalar götürülsə, bu ölkə gündə 3,5-4 milyon barrel neft istehsal edərək dünya bazarına çıxara bilər. İranın hazır infrastrukturu var, buna görə də çox kiçik zamanda böyük həcmdə nefti dünyaya çıxarması problem deyil.

OPEK ölkələri neft hasilatını azaldaraq qiyməti sala bilmirlər, çünki bu ölkələr illərdir normal iqtisadi model qurmayıblar, hasilatın azalması onların gəlirlərinin azalması ilə nəticələnir. OPEK-ə daxil olmayan Rusiyada da vəziyyət eynidir, qiymət aşağı düşdükcə Rusiya daha çox neft istehsal edərək itkiləri kompensasiya etməyə çalışır”.

Ekspert qiymət artımında siyasi məqamların da olduğunu vurğulayıb: “Qərb-Rusiya qarşıdurmasında neftin qiyməti çox kəskin bir silahdır. Trendləri, iqtisadi göstəriciləri, siyasi prosesləri nəzərə alaraq əminliklə demək olar ki, neftin qiyməti yaxın gələcəkdə 75-85 dollar arasında dəyişəcək. Gələn il ABŞ Konqresi daha çox neft və neft məhsullarının ixracına icazə versə, İrana bütün sanksiyalar aradan götürülsə, neftin 60-65 dollara qədər enmə ehtimalı da var”.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol