• $
  • €
  • ₽
  • ₺
  • £

Maaş artımı daha kimlərə şamil ediləcək?

Maaş artımı daha kimlərə şamil ediləcək?
09.02.2019 12:16
Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev ölkədə minimum əməkhaqqının artırılması barədə sərəncam imzalayıb. 

"Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, martın 1-dən etibarən minimum əməkhaqqı 180 manat təşkil edəcək.
Sərəncamdan sonra büdcə təşkilatlarında çalışan şəxslərin əməkhaqqına bunun necə təsir edəcəyi ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər bildirilib. Müzakirələrdə iştirak edənlərin əsas sualı bu artımın 200 manat əməkhaqqı alan şəxslərə təsir edib-etməməsi ilə bağlıdır. 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev məsələ ilə bağlı "Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, maaş artımı xeyli vətəndaşı əhatə edəcək: "Bilirsiniz ki, bizdə vahid tarif cədvəli var. Onların da pilləri var. Bu pillərə uyğun olaraq da hər kəsin maaşı artacaq. Təxminən 450 minə yaxın büdcə təşkilatlarında çalışan işçilərin maaşı artacaq. Eyni zamanda özəl sektorda rəsmi maaşın məbləği 180 manatdan aşağıdırsa, onlar da bunu 180 manata qaldırmağa borcludur. Çünki ölkə üzrə minimum əməkhaqqı hansı məbləğdə müəyyənləşibsə işçiyə ondan aşağı maaş vermək qanunsuzdur. Bununla ölkədə yoxsulluğun səviyyəsi aşağı düşəcək. Bilirsiniz ki, bu gün az maaşla işləyənlərin bir çoxu qadınlardır. Bu sərəncam qadınların əməkhaqqının və gəlirlərinin artmasına xüsusi təsir edəcək. Bu qədər yüksək maaş artımı dünya dövlətlərində çox nadir hallarda olur. Buna təxminən 400 milyon büdcə vəsaiti sərf ediləcək. Mən hesab edirəm ki, bunun cənab prezidentin son illərdə apardığı sosial siyasətin tərkib hissəsi olaraq əhaliyə çox böyük töhfəsi oldu”.
 
Qeyd edək ki, ötən gün Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də REAL TV-nin efirində qonaq olub. Əhalini maraqlandıran bir neçə məqamı izah edib. 

Nazir bildirib ki, bu artım 600 min insanı əhatə edəcək: "Bunlardan 450 mini dövlət sektorunda işləyən, 150 mini özəl sektorda işləyənlərdir. Artım 450 mini əhatə etdiyi üçün, nəinki maaşı 180 manata qədər olan insanlara təsir edəcək, ümumiyyətlə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə vahid tarif cədvəli üzrə işləyən bütün şəxsləri əhatə edəcək. Çünki bu cədvəl 19 pillədən ibarət əməyin ödənişi sistemidir. Və onun birinci pilləsi artıq 180 manat müəyyən ediləndə növbəti pillələr artımla gedir. İkinci pillə 180 manatdan 2.5-3 faiz daha çox, üçüncü pillə isə bundan da çox təşkil edir. 
Minimum əməkhaqqı nəinki az maaş alan insanlara töhvə verdi, bu, vahid cədvəl üzrə işləyən 450 min nəfərə də şamil edildi. Orta hesabla onların əməkhaqqısı 30 faiz artacaq. Özəl sektorda olanlar üçün də zəncirvari effekt olacaq. 
Qeyd edim ki, 150 min ilkin rəqəmdir, bu, bir çox insanın əməyinə təsir edəcək. Birbaşa gəlirlər artacaq, onların sosial müdafiələri güclənəcək”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol