• $
  • €
  • ₽
  • ₺
  • £

Vahid Ələkbərov 1 milyard borc istəyir

Vahid Ələkbərov 1 milyard borc istəyir
07.10.2014 09:18
Rusiyanın “Lukoil” şirkətinin törəmə şirkəti olan “Lukoil Overseas Shah Deniz” Azərbaycanın Xəzərdəki “Şahdəniz-2” yatağındakı payını maliyyələşdirmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankından 1 milyard dollar borc istəyir. ANN.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda bankın materiallarında deyilir. Azərbaycanlı neft maqnatı Vahid Ələkbərova bu borc yataqdakı hasilat işlərinin ikinci fazası üçün lazımdır. Bankın kredit müraciətinə nə vaxt baxacağı göstərilmir.“Lukoil” “Şahdəniz” yatağında 10 faizlik paya malikdir. Bu yataqdan çıxarılacaq qaz 2019-cu ildən etibarən TANAP və TAP boru kəmərləri ilə Avropaya nəql olunmalıdır. Cənub dəhlizini təşkil edən bu kəmərlərlə ildə 10 milyard kubmetr qazın Avropa bazarlarına çıxarılması planlaşdırılır.Xatırladaq ki, “Lukoil” şirkəti Qərbin Ukrayna məsələsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların təsiri altına düşür. Bu baxımdan şirkətin Londonda yerləşən və Avropanın əsas maliyyə institutu hesab olunan bankdan iri məbləğdə borc müraciətinin nə dərəcədə müsbət cavablandırılacağını demək çətindir. Qərbin sanksiyalarından sonra Rusiyanın neft-qaz şirkətləri, o cümlədən “Lukoil” Qərb banklarından maliyyə vəsaitləri cəlb edə bilmir və bu günlərdə Vahid Ələkbərov şirkətinin maliyyə sıxıntısı ilə üzləşdiyini bildirərək Rusiya dövlətindən maliyyə dəstəyi istəmişdi. “Rosneft” və digər iri şirkətlər də Qərb banklarının ucuz kreditlərindən məhrum olublar.Lakin digər tərəfdən “Şahdəniz-2” layihəsi məhz Avropa üçündür, Avropanın Rusiya qazından asılılığını azaltmağa hesablanan siyasi əhəmiyyətli layihədir. Görünür V.Ələkbərov Qərblə Rusiya arasında indiki gərgin situasiyada Avropa Yenidənqurma və İnkişaf Bankından kredit istəyərkən bu amili nəzərə alıb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol