• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan "Beynəlxalq Bank"ı elektron bankçılıq xidmətləri üzrə liderdir

Azərbaycan "Beynəlxalq Bank"ı elektron bankçılıq  xidmətləri üzrə liderdir
01.03.2019 11:32
Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının 2018-ci il üzrə nağdsız ödənişlərin inkişafı istiqamətində birgə keçirdikləri müsabiqənin nəticələri elan edilib. Azərbaycan Beynəlxalq Bankı "Elektron bankçılıq xidmətləri üzrə lider bank” nominasiyasında 1-ci yerin qalibi olub. 28 fevral 2019-cu il tarixində Mərkəzi Bankda keçirilən mərasimdə mükafat banka təqdim olunub. 

Azərbaycan Beynəlxalq Bankı elektron bankçılıq xidmətlərini mütəmadi olaraq inkişaf etdirir. Ölkədə nağdsız ödəniş infrastrukturunun inkişafına davamlı dəstək verir. Bankın aktiv plastik kartlarının sayı 1 milyon 300 mindən çoxdur. 762 ATM-i ilə Azərbaycan Beynəlxalq Bankı ölkədə ən geniş ATM şəbəkəsinə malik bankdır. Hazırda müxtəlif ticarət və xidmət mərkəzlərində bankın 12,250 POS-terminalı fəaliyyətdədir. Azərbaycan Beynəlxalq Bankı həm də ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. VISA, MasterCard, American Express, Union Pay, Diners Club, JCB kimi beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər yerində faydalana biləcəkləri geniş çeşidli elektron bank xidmətləri göstərir.  

Bankın Elektron ödənişlər departamentinin direktoru Eldar Cəbrayılov bildirib: "Elektron bankçılıq xidmətləri üzrə lider bank” nominasiyasının qalibi olmağımız bu istiqamətdə əldə etdiyimiz  nəticələrə verilmiş yüksək qiymətdir. Biz bu sahədə layihələrimizi davam etdirməkdəyik. Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödəniş ənənələrinin inkişafına bundan sonra da öz töhfələrini verəcək”   

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol