• $
  • €
  • ₽
  • ₺
  • £

Əhalinin maliyyə sıxıntısını azaldacaq daha bir addım atıla bilər

Əhalinin maliyyə sıxıntısını azaldacaq daha bir addım atıla bilər
01.03.2019 14:44
"Nağd pulun girov təminatı kimi saxlanılması zəruridir”

 "”Daşınar əmlakın yüklülüyü haqqında” qanun qəbul edilərkən nağd pul girov təminatı kimi nəzərdən keçirilməyib. Bizim dəfələrlə müraciətimizdən sonra bu bənddə dəyişiklik edilib, amma indi nağd pul tələbinin girov təminatı tələbi kimi qeydiyyata alınması mexanizmi məsələsi açıq qalır”.

Bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a şərhində bildirib ki, faktiki olaraq nağd pulun girov kimi təminata qəbul olunması, bir növ, iqtisadiyyatın inkişafında zərurətlə bağlıdır.

"Vətəndaşın əlində faktiki olaraq nağd pul olur və bunu hər hansı bir əmlak və yaxud daşınmaz əmlakın əvəzinə girov təminatı kimi qoymaq istəyir. Amma nağd pulu sənədləşdirib girov təminatı kimi saxlamağa bəzən problem yaradırlar. Deyirlər ki, girov təminatı kimi ya daşınmaz əmlak olmalıdır, ya da başqa mülkiyyət” – o vurğulayıb.

Ekspertin sözlərinə görə, nağd pulun girov təminatı kimi saxlanılması zəruridir: "Belə bir dəyişiklik olarsa, vətəndaş müəyyən qədər aparılan əməliyyatlar zamanı qoyulan girovlardan azad ola bilər. Bu da müəyyən qədər işin daha tez, asan və real həll olmasına imkan verəcək”.

Sadıqovun fikrincə, vətəndaşlar üçün nağd pul şəklində girov qoymaq realdır: "Burada məbləğə mütləq fikir vermək lazımdır. Çox vacib şərtdir ki, burada məbləğ nəzərdə tutulmalıdır”.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında sözügedən təklifi müsbət qiymətləndirib: "Ola bilər ki, məsələn, A bankından kredit götürürəm. Əmanətim isə B bankındadır. A bankından kredit götürərkən B bankında olan əmanətimi girov qoyuram. Bu zaman A bankı həmin əmanəti qeydiyyatdan keçirməyə çalışır ki, sabah B bankından gəlib onu götürə bilməsinlər”.

"Çünki A bankından kredit götürən şəxsin digər kreditləri də ola bilər. Ona görə də bunun üçün mexanizm olmalıdır və bu mexanizm müsbət olar. Amma, ümumən nağd pulun girov qoyulması ilə kredit götürmə halları çox deyil” – deyə Həsənov vurğulayıb.

 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol