• $
  • €
  • ₽
  • ₺
  • £

Paytaxtın Bakıdan köçürülməsi ilə bağlı AÇIQLAMA

Paytaxtın Bakıdan köçürülməsi ilə bağlı AÇIQLAMA
02.10.2014 12:41
Azərbaycanda paytaxtın köçürülməsi ilə bağlı deyilən fikirlər tamamilə səhvdir. Bunu Lent.az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib. O qeyd edib ki, paytaxtın köçürülməsi üçün konstitutsiyada dəyişiklik olmalıdır: “Konstitutsiyanı dəyişmək üçün isə referendum keçirilməlidir”. C. Qocayevin sözlərinə görə, Bakı paytaxt olaraq resursunun 30 faizini istifadə etmir: “Bakı Azərbaycanın sərvəti bol olan ərazisidir”. “Paytaxtda sıxlığı aradan qaldırmaq üçün nazirliklərin köçürülməsi gündəmdədirmi” sualına Dövlət Komitəsinin rəsmisi belə cavab verib: “Xeyir, gündəmdə deyil. Ancaq istəsələr, Dövlət Komitəsi nazirliklərə yer ayıra bilər”. Şöbə müdirinin sözlərinə görə, bəzi dövlət təşkilatlarının paytaxtda yerləşməsinə ehtiyac yoxdur: “Məsələn, Azərenerji SC paytaxtda deyil, ya Şirvan şəhərində, ya da Mingəçevirdə fəaliyyət göstərməlidir. “Azəryolservis” Biləcəriyə köçürüləcək. Milorasiya və Su Təsərrüfatı ASC Ceyranbatanda da fəaliyyət göstərə bilər”. C. Qocayev vurğulayıb ki, dövlət qurumların rayonla əlaqəli işlədiklərinə görə, rayonlardan həmin qurumlara xeyli insan gəlir: “Onların da hərəsi bir maşınla gəlir. Hesablayanda görərik ki, hər gün nazirliklərə (komitə və dövlət şirkətlərinə) rayonlardan 70 maşın gəlir”. Dövlət Komitəsinin şöbə müdiri qeyd edib ki, əgər nazirliklər yeni əraziyə köçmək üçün yer ayrılmasını istəsələr, Komitənin layihəçiləri yer ayırarlar. “Ali məktəblərin köçürülməsi də çox vacib bir məsələdir. Ali məktəblər üçün Qafqaz Universiteti, MDU-nun Bakı filialı kimi təhsil şəhərcikləri (kompus) yaradılmalıdır. Bu həm də Bakətrafı qəsəbələrin mədəni, intelektual inkişafına da təsir göstərər”. Şöbə müdirinin sözlərinə görə, Təhsil Nazirliyi təhsil şəhərcikləri ilə bağlı Dövlət Komitəsinə müraciət etsə, yer ayrılar: “Ali məktəb şəhərcikləri yaratmaq üçün Böyükşor gölünün ətrafından Ələtə qədər xeyli ərazi var”ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol