• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının şimal girişi bağlanır

Bakının şimal girişi bağlanır
02.10.2014 11:53

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9-cu kilometrliyində tıxacların aradan qaldırılması üçün həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

 

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, 1-ci mərhələ üzrə 9-cu km-də dəmir yolu üzərində dördaşırımlı yeni yol ötürücüsü inşa olunub və avtovağzal istiqamətinə üç hərəkət zolaqlı yol salınıb, o cümlədən yolun 6-9-cu km hissəsində Bakı-Quba yoluna yoluna paralel köməkçi yol da yenidən qurulub.

2-ci mərhələdə Biləcəri istiqamətində biraşırımlı yeni yol ötürücüsü inşa olunub. Bundan sonra həmin yol ötürücüsünün yanında biraşırımlı yol sökülərək yerində yeni yol ötürücü inşa edilib və Sumqayıt istiqamətində 3 hərəkət zolaqlı yol salınaraq mövcud yola birləşdirilib.

P.Mürsəliyev qeyd edib ki, hazırda 9-cu km-də hərəkət məhdudlaşdırılıb və oradakı mövcud iki üçaşırımlı yol ötürücüsü sökülür: “Onların yerində müasir tipli yol ötürücüsü inşa edilir. Həmin üçaşırımlı yol ötürücüləri Sovet dövründə köhnə normativlər əsasında inşa olunmuşdu. Hazırkı avtomobil axını yükünə hesablanmadığı üçün hazırda müasir tipli A15 NQ100 hesablı yüklərə müvafiq olaraq yeni iki yol ötürücüsü inşa olunacaq.

Əvvəlkilərdən fərqli olaraq onlar dördaşırımlı olacaq. Yolun 3-4 metr genişləndirilməsi də nəzərdə tutulub. Aşırımların birinin artırılmasında məqsəd odur ki, ərazidəki dəmiryol körpüsünün alt hissəsindən həm nəqliyyat vasitələri, həm də piyadalar hərəkət edə bilsinlər. Yəni, Biləcəri hissəsindən yol ötürücüsünün altından keçməklə o biri əraziyə getmək və geri qayıtmaq mümkün olacaq”.

Mətbuat katibi bildirib ki, artıq oktyabrın 1-dən etibarən söküntü işlərinə başlanılıb: “Hələlik körpünün üzərindəki asfalt-beton örtüyü qaşınır, piyada yolları sökülür. Əvvəllər yol daraldığından nəqliyyat vasitələrinin hərəkəti çətinləşirdi. İndi isə həm gediş, həm gəliş üçün 3 yol var. Ona görə də nəqliyyatın hərəkətində heç bir problem olmadığı üçün ərazidəki mövcud yol ötürücülərini söküb yerində yenilərinin tikintisinə başlamışıq. Bununla da kompleks məsələlər öz həllini tapacaq”.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol