• $
  • €
  • ₽
  • ₺
  • £

Sovetski belə olacaq

Sovetski belə olacaq
01.10.2014 15:38

Bakının Sovetski kimi tanınan ərazisində söküntü işləri aparıldıqdan və mövcud vəziyyət aydınlaşdıqdan sonra, bu ərazinin planlaşdırma sənədi yenidən işlənəcək.

 Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev AzərTAc-a bildirib ki, hazırda həmin ərazidəki köhnə evlərin və digər obyektlərin sökülməsi işləri aparılır.Vaxtilə Sovetski, Kubinka, Xutor, Papanin kimi tanınan ərazilərdə heç bir yaşayış normaları nəzərə alınmadan məskunlaşma prosesi aparılıb.Bu ərazilərin əksəriyyətində dözülməz sanitariya vəziyyəti hökm sürür.“Təsəvvür edin, 4 kvadratmetrlik həyətə 8 evin qapısı açılır. Sovetskidə elə evlər var ki, oraya ümumiyyətlə heç gün işığı düşmür. Çox da keçmişə getməyək, 6-7 il bundan əvvəl Heydər Əliyev Sarayının ətrafı hansı vəziyyətdə idi? İndi isə baxın, necə gözəl istirahət parkı və yaşıllıq salınıb, geniş yollar çəkilib. Bütün bunlar şəhərimizin gözəlləşməsinə və insanların rahatlığına xidmət edir”, - deyə C.Qocayev vurğulayıb.Şöbə müdiri onu da əlavə edib ki, Sovetskidə tarixi, memarlıq abidələri də mövcuddur və bütün bunlar paytaxtın müfəssəl planında nəzərə alınıb.Plana N.Nərimanov prospektində 3 hündürmərtəbəli binanın tikilməsi də daxil edilib. Ərazi, demək olar, başdan-başa yaşıllaşdırılacaq.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol