• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell daha bir uğura imza atdı

Azercell daha bir uğura imza atdı
21.03.2019 12:18

 
"Azercell Telekom” MMC Day.Az Media Şirkətinin "Xalq seçimi” mükafatında " Ən yaxşı mobil operator” adına layiq görüldü
 
Azərbaycan rabitə bazarının lider mobil operatoru "Azercell Telekom” MMC uğurlu fəaliyyətinin nəticəsi olaraq daha bir mükafata layiq görülüb. Day.Az Media Şirkətinin "Xalq seçimi” Mükafatının nəticələrinə əsasən, Azercell 2018-ci ilin " Ən yaxşı mobil operator” sorğusunun qalibi elan edilib. Day.az Media Şirkətinin oxucuları arasında keçirdiyi sorğuda Azercell 55,7 faiz səslə telekommunikasiya sahəsi üzrə birinci olub.
Azercell-in mobil telefon istifadəçilərinin etimadını qazanması təsadüfi deyil. 2018-ci ildə ölkəmizdə mobil rabitənin keyfiyyətinin yüksəldilməsi, regionlarda 4G şəbəkəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin sürətli internetə çıxışının təmin olunması, müasir xidmətlərin, eləcə də yeni biznes həllərinin tətbiq edilməsi, abunəçi xidmətlərinin modernləşdirilməsi, həmçinin mobil texnologiyalar vasitəsilə həyatın asanlaşdırılması istiqamətində keçirilən layihə və bir sıra digər təşəbbüslər Azercell şirkətinin bu mükafatı qazanmasına əsas verib. Müştəri məmnuniyyətini hər zaman üstün tutan Azercell, abunəçilərinin rahatlığını düşünərək 2018-ci ildə 16 yeni konsepsiyalı Azercell Eksklüziv mağazasını istifadəyə təqdim edib və ümumilikdə 6 milyona yaxın abunəçiyə xidmət göstərilib.

 
Qeyd edək ki, 2018-ci ildəki uğurlu fəaliyyəti nəticəsində Azercell beynəlxalq aləmdə nüfuzlu qəbul edilən "Stevie” Beynəlxalq Biznes Mükafatında "İlin Kommunikasiya Şirkəti”, "İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” nominasiyalarında Bürünc "Stevie” mükafatına layiq görülüb . Əlavə olaraq "İnsanların Seçimi üzrə Stevie” ("People`s Choice Stevie Awards”) mükafatının telekommunikasiya sahəsində "İlin ən sevilən şirkəti” seçilib. Həmçinin ötən il "Azercell Telecom” LLC güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq "Investors in People” ("İnsana Sərmayə Standartı”) tələbləri üzrə dəyərləndirilərək QIZIL sertifikatı qazanıb. Ölkəmizdə Qızıl sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, Azercell MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir. Azercell-in 2018-ci ildəki nailiyyətləri bununla kifayətlənməyib. Belə ki, Azercell "Qlobal Liderlər Klubu” tərəfindən Azərbaycanda idarəetmə və dayanıqlı inkişaf sahəsində "Ən yaxşı şirkət”, Vahid Mürsəliyev isə "İlin rəhbəri” kimi mükafatlandırılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol