• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakı Metropoliteni”ndən YENİLİK

“Bakı Metropoliteni”ndən YENİLİK
29.09.2014 12:45
 “Bakı Metropoliteni” QSC yeni loqosu təqdim edib. Yeraltı nəqliyyatın yeni loqosu metronun beş ayrı xətti – “Sarı”, “Mavi”, “Bənövşəyi”, “Qırmızı”, “Yaşıl” rənglərini ifadə edir. Bu barədə “APA-Economics”ə “Bakı Metropoliteni”nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. “Bakı Metropoliteni” xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq çəkiləcək yeni inşa edilən xətlərin hər birində qatarların hərəkət istiqaməti ayrı olacaq. Hazırda “Yaşıl xətt” “Xətai” stansiyasından başlayaraq “Dərnəgül” stansiyasınadək davam edir. Bu iki xətt bir-birindən ayrılandan sonra “Dərnəgül”dən birbaşa “Gəncliyə” getmək mümkün olacaq. Qeyd edək ki, “Yaşıl xətt” üzrə yeni stansiyalar inşa olunur. Hazırda “Həzi Aslanov-2” stansiyası tikilir. Nobel prospekti boyunca isə “Xətai”dən sonra 3 stansiya olacaq. Gələcəkdə “Həzi Aslanov-2”dən sonra birbaşa yenidən “Dərnəgül”ə qədər stansiyalar tikiləcək və “Yaşıl xətt” dairəvi şəkil alacaq. Ümumilikdə, "Yaşıl xətt" boyu 10 keçid stansiyası olacaq. Metronun “Qırmızı xətt”i "Həzi Aslanov" stansiyasından başlayır və "İçərişəhər"də bitir. Lakin "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə əsasən, "Qırmızı xətt" Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinə qədər uzanacaq. Gələcəkdə "İçərişəhər"dən sonra Badamdara qədər 4 stansiya inşa ediləcək. "Bənövşəyi xətt"də də tikinti işləri gedir. "Bənövşəyi xətt" üzrə tikilən yeni "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında tikinti işlərinin əsas hissəsi başa çatıb. Daha sonra gələcəkdə bu xəttin də davamı olaraq paytaxtın "Papanin" adlanan ərazisində şərti adı B-3, (B - yəni bənövşəyi) olan yeni stansiya, daha sonra Heydər Əliyev adına İdman və Konsert Kompleksinin arxasında, Tbilisi prospektinə paralel B-4 stansiyası tikiləcək. Hazırda bu stansiyalarda da tikinti işləri gedir. "Bənövşəyi xətt" üzrə ümumilikdə 12 stansiya və bir depo olacaq. "Bənövşəyi xətt" Beynəlxalq Avtovağzalın yanından başlayaraq "Xətai" stansiyası və Keşlə qəsəbəsindən keçməklə Qaraçuxur qəsəbəsinədək uzanacaq. “Mavi xətt" isə Yeni Yasamaldan başlayaraq Keşlə qəsəbəsindən keçməklə Bakıxanov qəsəbəsinədək davam edəcək. Bu xətt üzrə 11 stansiya və bir depo olacaq. Beşinci "Sarı xətt" isə Binəqədi qəsəbəsindən başlayaraq Bibiheybət qəsəbəsinədək uzanacaq. Binəqədi ərazisindən başlayıb Şıx çimərliyinə kimi uzanacaq yeni "Sarı xətt"in üzərində bir neçə stansiyanın tikilməsi planlaşdırılır. Şərti adı "Bibiheybət" olan stansiyanın da həmin xəttin üzərində tikilməsi nəzərdə tutulur. 2030-cu ilədək Bakı Metropolitenində stansiyaların sayı 76-dək artırılacaq. Hazırda metroda 23 stansiya var. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol