• $
  • €
  • ₽
  • ₺
  • £

Suya təzə qiymət qoyulur

Suya təzə qiymət qoyulur
26.09.2014 22:30
Hesablama Palatası sənaye, kommunal-məişət və digər məqsədlər üçün sudan pullu istifadə xidmətlərinin tariflərinin müəyyənləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib.Tarif (Qiymət) Şurasının “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən göstərilən sudan pullu istifadə xidmətlərinin tarifləri barədə” qərarına əsasən suvarma suyunun hər min kubmetri 0,50 manat, qış otlaq sahələrinə və örüşlərə verilən suyun 1 hektarı üzrə 0,40 manat təsdiq edilib.Lakin sənaye, kommunal-məişət və digər məqsədlər üçün Tarif (Qiymət) Şurası tərəfindən müvafiq tarif təsdiq edilməyib. Qeyd edilən məqsədlər üçün istifadə edilən suyun tarifləri təsdiq edilmədiyindən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin yerli strukturları tərəfindən göstərilən sudan pullu istifadə xidmətlərinin tarifləri sərbəst müəyyən edilir ki, bu da mövcud qanunvericilikdə nəzərdə tutulmayıb.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerli strukturlarında aparılan nəzarət tədbiri zamanı müəyyən edilib ki, bəzi suvarma sistemləri idarələri sudan istifadə edənlər birliklərinin xidmət göstərdiyi ərazilərdən kənarda olan sənaye, kommunal-məişət və digər məqsədlər üçün sudan istifadəçilər ilə birbaşa müqavilə bağlayaraq, onlara hər min kubmetr suya müxtəlif tariflər müəyyən edərək su satışını həyata keçiriblər. Belə vəziyyət respublikanın müxtəlif ərazilərində yerləşən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerli strukturları tərəfindən göstərilən sudan pullu istifadə xidmətlərinin tariflərinin fərqli müəyyən edilməsinə səbəb olmaqla, vahid tarif siyasətinin həyata keçirilməsinə imkan vermir və yerlərdə tariflərin müəyyən edilməsində subyektiv amillərə şərait yaradır. Göstərilənləri nəzərə alaraq, Hesablama Palatası “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən göstərilən sudan pullu istifadə xidmətlərinin tariflərinin (sənaye, kommunal-məişət və digər məqsədlər üçün) Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasında baxılmasını məqsədəuyğun hesab edib (APA).

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol