• $
  • €
  • ₽
  • ₺
  • £

Əhaliyə mühüm xəbər: qaz və işığa tətbiq edilən limiti ləğv edilə bilər

Əhaliyə mühüm xəbər: qaz və işığa tətbiq edilən limiti ləğv edilə bilər
29.05.2020 06:17
Təbii qaza tətbiq edilən 1700 kub metrlik limitin dəyişdirilməsi təklifi səslənir.

Anews.az "Şərq" qəzetinə istinadən xəbər verir ki, təklifi irəli sürən iqtisadçılar əhalini bu limitin bir neçə ayda tükətdiyini bildirirlər. Mütəxəssislər bu fikirdədir ki, təbii qaza tətbiq edilən limit aşağıdır.

Məlumdur ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kub metrədək olan istehlakçılar üçün 10 qəpik, qazın sərfiyatı bu göstəricini aşdıqda isə 20 qəpikdən hesablanır. Bu da xüsusilə əhalinin aztəminatlı hissəsini maddi cəhətdən çətinə salır.

Nəzərə alsaq ki, payız-qış mövsümündə təbii qazın sərfiyyatı artır, 1700 kub metrlik limiti keçməmək mümkün deyil.

İqtisadçı Fuad İbrahimov açıqlamasında hökumətin təbii qaz və eləcə də, elektrik enerjisinə tətbiq edilən limitlə bağlı dəyişikliklər edilə biləcəyini söyləyib.

"Tətbiq edilən limit istənilən halda azdır. Təbii ki, burada söhbət məhz əhalinin istifadə etdiyi təbii qaz və elektrik enerjisinə tətbiq olunan limitdən gedir.

Xüsusilə də, bəzi çoxmərtəbəli binalarda fərdi yaşayış evlərində, həyətyanı sahələrdə tikilən mənzillərdə istilik sistemi olmadığından təbii qaz sərfiyatı yüksəkdir.

Təbii qaz belə yaşıyış yerlərində çox işlənir. Təyin olunan 1700 kub metrlik limitin 70-80 faizi payız-qış mövsümündə sərf olunur. Digər aylara çüzi bir hissə qalır. Bununla da, ili başa vurmaq mümkün görünmür.

Əhalinin istehlak səbəti və xərcləri düzgün müəyyənləşməlidir. Nəyəsə tarif təyin ediləndə, gərək vətəndaşı gəlirləri müəyyən edilsin. Deyək ki, orta aylıq gəlir 400 manatdırsa, aylıq xərc 500 manat olmamalıdır.

Bu mənada, təbii qaza tətbiq edilən limitdə, birdən-birə 100 faiz artım diferensial deyil. Heç olmasa 50 faiz artım olmalıydı. İllik istehlak həcminin 1700 kub metrdən artım olan hissəsi üçün heç olmasa 15 qəpik təyin edilməliydi", - deyə ekspert bildirib.

F.İbrahimov təbii qazın keyfiyyətinin də sual altında olduğunu deyib:

"Biz paytaxtın Yasamal rayonunda yaşayırıq. Son aylarda bizim ərazidə də təbii qazın verilməsində tez-tez fasilələr yaradır. Qaz sayğacları koda düşür. Əhali kartlara təkrar qaz yükləməli olur.

Ödəmə aparatları qarşısında uzun növbələr yaranır. Təbii qazın verilməsi bərpa olunduqda isə uzun müddət hava axını müşahidə edilir. Bu da balansa yüklənmiş təbii qazın sərfiyyatını bir az da çoxaldır.

Qaz istismar idarələri üzərlərini düşən vəzifəni yerinə yetirmir. Əhali əziyyət çəkir. Ona görə də, tətbiq edilən limit tez başa çatır. Bu da əlavə sərfiyyat üçün əlavə məbləğin hesablanmasına şərait yaradır".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB enerji sektorunu araşdırdı
İqtisadiyyat 16:05
ABB enerji sektorunu araşdırdı
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
İqtisadiyyat 15:50
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
Qarabağda dənli və dənli-paxlalı bitkilərin yığımı 7,5 faiz artıb
İqtisadiyyat 15:39
Qarabağda dənli və dənli-paxlalı bitkilərin yığımı 7,5 faiz artıb
Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb
İqtisadiyyat 14:48
Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
İqtisadiyyat 12:21
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
“Azeri Light” neftinin qiyməti 102 dolları ötüb
İqtisadiyyat 09:56
“Azeri Light” neftinin qiyməti 102 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:19
Avro və rubl bahalaşıb - məzənnə
Azərbaycan buğda idxalına çəkdiyi xərci 17 %-ə yaxın artırıb
İqtisadiyyat 17:27
Azərbaycan buğda idxalına çəkdiyi xərci 17 %-ə yaxın artırıb
Azərbaycanın 10 ayda Ermənistana ixracının dəyəri açıqlanıb
İqtisadiyyat 15:39
Azərbaycanın 10 ayda Ermənistana ixracının dəyəri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol