• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell yeni brend smartfonunu – “ALOV”u təqdim edir

Bakcell yeni brend smartfonunu – “ALOV”u təqdim edir
22.09.2014 11:42
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, ötən ilki ilk uğurlu smartfonunun ardından böyük məmnuniyyətlə Azərbaycan bazarında yeni brend smartfonu olan “ALOV”u təqdim edir.Gözoxşayan dizayn və xüsusi funksiyaları ilə seçilən, Android əməliyyat sistemində olan ALOV smartfonu cəlbedici, güclü və eyni zamanda münasib smartfon axtarışında olanlar üçün gözəl təklifdir.“Biz ötən il bazarda öz brend smartfonunu - Bakcell smartfonunu təqdim edən ilk mobil operatoruq. Bakcell smartfonları 2013-cü ildə bizim üçün çox uğurlu təşəbbüs olub. Bakcell 3G İnternet brendi və Bakcell brendi ən yaxşı mobil məlumat ötüməsi və mobil internet xidməti göstərməsi ilə tanınır. Bu iki xüsusiyyəti yüksək keyfiyyət və funksionallığı ilə seçilən mobil qurğuda cəmləşdirmək bizim üçün labüd addım idi. Bazarda Bakcell smartfonuna kifayət qədər yüksək tələbat oldu. Biz əminik ki, ALOV ən yaxşı istifadə təcrübəsi təqdim etməklə bizim ilk smartfonumuz qədər uğurlu olacaq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.ALOV smartfonu yeni nəsil smartfon istifadəçilərinin bütün tələblərinə cavab verir: 3G İnterneti, çoxfunksiyalı kamera, yüksək ötürücülük tələb edən oyunlar üçün keyfiyyətli prosessor, ofis əlavələri, böyük ölçülü ekran və s.Smartfonun xüsusiyyətləri aşağıdakı kimidir:* Geniş 4.7 düymlü sensorlu ekran* 5 meqapiksel kamera* Ön kamera* 4-nüvəli prosessor - 1.3 GHz Quad Core* RAM 512 + ROM 4GB* Əməliyyat sistemi- Android 4.4* 2000 mAh BatareyaPremium smartfon xüsusiyyətlərinə malik bu cihazın qiyməyi 129 AZN təşkil edir.Alıcılar 1 illik zəmanətə yanaşı, hər ay 1GB olmaqla 6 ay ərzində bonus şəklində internet alacaqlar. İnternet bonusu almaq üçün abunəçi telefonunun IMEI kodunu 5810 qısa nömrəsinə yollamaqla kampaniyaya qoşula bilər. Kampaniyaya qoşulduqdan sonra abunəçi həmin bonusu mütəmadi qaydada əldə etmək üçün hər ay nömrəsinin balansına ən azı 5 AZN yükləməlidir.ALOV smartfonu yalnız Bakcell nömrəsi ilə istifadə oluna bilər.ALOV smartfonu “Bakcell”in rəsmi diler və tərəfdaşı olan dükanlardan əldə oluna bilər.ALOV smartfonu barədə əlavə məlumatı bu linkdə əldə etmək olar: http://www.bakcell.com/az/alov-smartfonÖrən il Bakcell şirkəti yerli bazarda ilk dəfə özünün brend smartfonunu təqdim edib. Cihaz Bakı və regionlarda smartfon istifadəçiləri arasında populyarlıq qazanıb və 2013- 2014-cü illər ərzində ən çox satılan smartfonlardan biri olub. Bu uğurun əsas səbəbi cəlbedici xüsusiyyətlərin toplusu ilə yanaşı, cihazın zərif görünüş və toxunuşa malik olması olub.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol