• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda rəqəmsal xəstəxanalar yaradılacaq

Azərbaycanda rəqəmsal xəstəxanalar yaradılacaq
19.09.2014 13:28

Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən Azərbaycan İT şirkəti “Neuron Technologies” xəstəxanaların elektron idarəetmə sistemlərinin inteqrasiyası üzrə dünyanın qabaqcıl texnologiyalarının ölkəmizə tətbiqi üzrə fəaliyyətə başlayıb.

Şirkət tərəfindən bu istiqamətdə dünyanın qabaqcıl texnologiya şirkətləri ilə tərəfdaşlıqlar qurulub.

“Neuron Technologies” şirkətinin rəhbəri İsmayıl Ələkbərovun bildirdiyinə görə, şirkətin dəvəti ilə sentyabrın 1-dən 5-dək Türkiyənin “Erguvan Bilişim” şirkətinin mütəxəssisləri tərəfindən Bakı şəhərində Yüksək Texnologiyalar Parkında “Neuron Technologies” şirkətinin azərbaycanlı mütəxəssislərinə Türkiyədə geniş tətbiq edilməkdə olan “Medin 3″ Tibb İnformasiya İdarəetmə sistemi üzrə təlim proqramı keçirilib.

Sözügedən sistem müasir xəstəxana idarəetməsində və digər xəstəxana informasiya sistemlərində mövcud idarəetmə modullarının hamısını, həmçinin, xəstəxanaya müraciət edən pasiyentlər və onların yaxınları üçün məlumat ekranı sistemini özündə birləşdirir. Toxunuşla çalışan şəbəkə köşkü pasiyentlərin görüş almasını və növbə gözləmədən qeydiyyatdan keçməsini təmin edir. Eyni zamanda, “Ağıllı kart” sisteminin tətbiqi vasitəsilə xəstəxana personalının giriş-çıxışına nəzarət edilir. Xəstəxanada istifadə edilən sistemin istifadəçi pəncərəsi sadə, qrafik və standart ekranları ilə  proqramın istifadəsini çox asanlaşdırıb. Proqram tam şəkildə Azərbaycan dilində tərtib olunacağından yerli ehtiyaclara və tələbatlara uyğunlaşdırılacaqdır.  Barkodla mobil qaydada oxuna bilinən “NFC xəstə biləkliyi” və xəstələrin yataqlarının başında quraşdırılmış planşet tipli kompüterlər vasitəsi ilə hər bir xəstə haqqında məlumatları əlçatandır və müxtəlif əməliyyatlar həyata keçirmək imkanları mövcuddur.

Hazırda sistemin yerli ehtiyaclara və tələblərə uyğunlaşdırılması prosesi başlanılıb və yaxın gələcəkdə bir neçə xəstəxanada tətbiqi üzrə danışıqlar davam etdirilir.

Texnobaz.com

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol