• $
  • £

Unibank filiallarının xidmət vaxtı uzadıldı: müştərilər kompensasiyalarını saat 20.00-dək ala biləcəklər

Unibank filiallarının xidmət vaxtı uzadıldı: müştərilər kompensasiyalarını saat 20.00-dək ala biləcəklər
16.05.2019 16:40

 "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  Prezident Fərmanının icrası ilə əlaqədar olaraq, Unibank filiallarının iş vaxtı axşam saat 20.00-dək uzadılıb. Müştərilər kompensasiya məbləğlərini əldə etmək üçün həftənin 5 günü saat 20.00-dək filiallara müraciət edə bilərlər.
Anews.az xəbər verir ki, şənbə və hətta bazar günləri də Unibank filialları müştərilərin xidmətində olacaq. Həftə sonu müştərilər kompensasiya məbləğlərini götürmək üçün saat 10.00-dan 18.00-dək bankın filiallarına müraciət edə bilərlər.
Məqsəd müştərilərə daha operativ xidmət göstərməklə yanaşı, işləyən müştərilərin filiallara işdən sonra gələrək öz kompensasiyalarını rahat almaları üçün şərait yaratmaqdır.
 
Unibank filialları kompensasiyanın verildiyi ilk gündən - 22 apreldən başlayaraq gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Gün ərzində daha çox müştəriyə xidmət etmək üçün əlavə olaraq iki şöbə də müştərilərin xidmətinə təqdim edilib. Xidmətin operativliyini artırmaq üçün filiallar yeni avadanlıq, kompüterlər ilə təmin olunub və əlavə işçilər cəlb olunub.
 
Bank bir daha müştərilərə müraciət edir ki, qətiyyən narahat olmasınlar. Yaxın günlərdə qalan müştərilərə də kompensasiya tarixini bildirən SMS-lər göndəriləcək və bu ayın sonunadək hər kəs ona düşən kompensasiya vəsaitini əldə edəcək. Unibank filallarda vaxt itirməmələri üçün müştərilərdən yalnız SMS aldıqdan sonra banka yaxınlaşmalarını xahiş edir.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birinci rübdə işğaldan azad edilmiş ərazilərdə 268 layihə icra edib
İqtisadiyyat 13:08
Birinci rübdə işğaldan azad edilmiş ərazilərdə 268 layihə icra edib
ABB 230 000 000 dollarlıq yeni sindikativ
kredit cəlb etdi!
İqtisadiyyat 12:19
ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb etdi!

Ötən ay nağdsız ödənişlərin həcmi bu qədər olub
İqtisadiyyat 10:38
Ötən ay nağdsız ödənişlərin həcmi bu qədər olub
Bu il bankların xalis mənfəəti 47% artıb
İqtisadiyyat 10:27
Bu il bankların xalis mənfəəti 47% artıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:57
Azərbaycan nefti bahalaşıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 09:48
Qızıl və gümüş bahalaşıb
Bitcoin bahalaşıb
İqtisadiyyat 09:40
Bitcoin bahalaşıb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - məzənnə
Azərbaycanda malların gömrük dəyəri milli valyutada bəyan ediləcək
İqtisadiyyat 08:01
Azərbaycanda malların gömrük dəyəri milli valyutada bəyan ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol