• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: “Azərbaycan 100 ədəd pilotsuz təyyarə satacaq”

Nazir: “Azərbaycan 100 ədəd pilotsuz təyyarə satacaq”
11.09.2014 12:49
“Hazırda Azərbaycan müdafiə sənayesi zavodlarında 51 istehsal sahəsi mövcuddur. Bu ilin sonuna qədər 5 yeni zavodun, 7 yeni istehsal sahəsinin istismara verilməsi gözlənilir”. APA-nın məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov söyləyib. Y. Camalov deyib ki, bu zavodlarda əsasən 40-46 mm qumbaraatanların seriya istehsalı təşkil olunacaq. Eyni zamanda bu qumbaraatanlar üçün döyüş sursatı istehsal ediləcək: “Bu sırada M-6, M-12 partlayıcıları, U-25 döyüş sursatlarının istehsalı üçün zavodlar fəaliyyətə başlayacaq. Həmçinin 5,45 mm-dən tutmuş 30 mm-ə qədər bütün atıcı silahlar üçün seriya güllə istehsalına başlayacağıq. Bütün bunlar ordumuz üçün böyük əhəmiyyət kəsb edir”. Nazir qeyd edib ki, 2015-ci ilin birinci rübünün sonunda isə tank və artilleriya silahları üçün sursatların istehsalına başlanacaq: “Demək olar ki, ordumuzun artilleriya döyüş sursatlarına olan tələbatını tam ödəyəcəyik”. Y. Camalov bildirib ki, bu gün başlayan I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesində (ADEX) iştirak edən şirkətlərlə də danışıqlar aparılır: “Mənə elə gəlir ki, sərginin sonuna qədər həmin texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində razılıq əldə edəcəyik və həmin məhsulların növbəti illərdə Azərbaycanda istehsalı üçün istehsal sahələri yaradacağıq”. Müdafiə sənayesi naziri nəzərə çatdırıb ki, hazırda nazirlik xarici ölkələrdə keçirilən tenderlərdə iştirak edir: “Biz Türkiyədə qumbaraatanların, bir neçə kalibr üzrə döyüş sursatları ilə əlaqədar tenderlərin qalibi olmuşuq. Bir neçə ölkədə minaatanlar üzrə tenderin də qalibiyik”. Y. Camalov qeyd edib ki, hazırda Azərbaycanda İsraillə birgə yaradılmış birgə müəssisədə pilotsuz uçuş aparatları istehsal olunur: “Bu il tək Azərbaycan ordusunu təmin etməklə yanaşı, NATO ölkələrindən birinə 100 ədəd pilotsuz təyyarə ixrac etməyi nəzərdə tuturuq”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol