• $
  • €
  • ₽
  • ₺
  • £

Unibankın dəstəyi ilə forum keçirilib

Unibankın dəstəyi ilə forum keçirilib
04.06.2019 18:43

 
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Unibankın dəstəyi və PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Ümumtəhsil müəssisələrində psixoloji böhran və ona yanaşma metodları" adlı I Milli Forum keçirilib.

200-ə yaxın təhsil işçisinin iştirak etdiyi forumda, orta məktəblərdə psixoloji böhran halları zamanı çıxış yolları və məktəblilərə psixoloji dəstək istiqamətində məruzələr olunub.  Məktəblərdə psixoloji böhran halı, böhran zamanı şagirdlərin reaksiyaları, uşaq və yeniyetmələrdə böhranın qiymətləndirilməsi, psixoloji böhran zamanı məktəbin idarə olunması ilə bağlı mütəxəssis çıxışları maraqla qarşılanıb.  Foruma qatılanlar məktəblərdə hansı halların şagirdlər üçün psixoloji böhran olduğu, belə hallarda şagirdlərdə hansı davranışların və duyğuların müşahidə oluna biləcəyi, ümumi olaraq bu hallar yaşanıldıqdan sonra məktəb kollektivinin gələcəkdə hansı işləri görməli olduqları haqda suallara cavab tapıblar. Təhsil işçiləri bu mövzularda öz fikirlərini bölüşüblər, məktəbdə şagirdlərin qarşılaşdıqları real psioxoloji böhran halları nümunəsində mütəxəssislərin çıxış yolları ilə bağlı tövsiyyələrini dinləyiblər.

Sonda tədbirdə iştirak edən müəllim və psixoloqlara sertifikatlar təqdim olunub.
 
 
 
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol