• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu məhsullar bahalaşdı

Azərbaycanda bu məhsullar bahalaşdı
08.09.2014 16:24
Avqust ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri açıqlanıb.ANN.Az-ın Dövlət Statistika Komitəsinə istinadla verdiyi məlumata görə, avqust ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,3 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 8,6 bahalaşıb. Çoxillik bitkilərdən süfrə üzümünün 7,3 faiz, moruq və böyürtkənin 21,1 faiz, fındığın istehsalçı qiymətləri 5,7 faiz ucuzlaşmış, şaftalının 12,8 faiz, gavalı və göyəmin 4,7 faiz, almanın isə istehsalçı qiymətləri 1,1 faiz bahalaşıb.Çoxillik bitkilərin və diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə uyğun olaraq 1,3 və 2,1 faiz ucuzlaşıb.Birillik bitkilərdən xiyarın 55,9 faiz, qarpızın 32,1 faiz, yoncanın 25,7 faiz, lobyanın 24,4 faiz, pomidorun 21,2 faiz, buğdanın istehsalçı qiymətləri 3,7 faiz bahalaşıb. Günəbaxan toxumunun 2,0 faiz, qarğıdalının 0,1 faiz, yerkökünün istehsalçı qiymətləri isə 0,2 faiz ucuzlaşıb.Diri heyvanlar və heyvandarlıq məhsullarından təbii balın 1,2 faiz, qoyun və keçilərin qırxılmış, yuyulmamış yununun və həmçinin, qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb. Yumurtanın 4,0 faiz, quş ətinin (diri çəkidə) 9,9 faiz, südün və həmçinin, mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri isə 1,5 faiz ucuzlaşıb.Avqust ayında yanacaq oduncağının əvvəlki ayla müqayisədə istehsalçı qiymətinin 6,0 faiz bahalaşması nəticəsində ümumilikdə meşə təsərrüfatı üzrə istehsalçı qiymətləri indeksi 105,8 faiz təşkil edib. Ay ərzində balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətlərində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmayıb. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol