• $
  • €
  • ₽
  • ₺
  • £

Bulvarda maraqlı YENİLİK

Bulvarda maraqlı YENİLİK
08.09.2014 09:00
“Böyük Bakının Regional İnkişaf Planı” layihəsində 92,3 kilometr uzunluğunda metro xəttinin çəkiləcəyi nəzərdə tutulur. Mövcud metro xətlərinin uzunluğu isə 34,7 kilometr təşkil edir. Bu, onu göstərir ki, layihə müəllifləri və şəhərsalma üzrə mütəxəssislər metronun inkişafına daha böyük üstünlük verirlər.ANN.Az-ın məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev AzərTAc-a müsahibəsində metronun şəhər nəqliyyatında çox mühüm rol oynadığını bildirib. C.Qocayev deyib ki, metro digər nəqliyyat növləri, o cümlədən elektrik qatarı ilə müqayisədə əlavə ərazi tələb etmir:“Yəni, heç bir tarixi abidə və tikili sökülmədən yerin altı ilə yol çəkilir. Məhz bu baxımdan metro tikintisinə layihədə xüsusi önəm verilir. Elektrik qatarı üçün isə müvafiq yol çəkilməlidir. Bununla belə, ən səmərəli yerüstü nəqliyyat elektrik qatarı hesab olunur. Şəhər ətrafında nəqliyyatın bu növü geniş tətbiq edilir”.Şöbə müdiri qeyd edib ki, gələcəkdə paytaxtda, Dənizkənarı Bulvar ərazisində ekoloji cəhətdən təmiz olan tramvaydan da istifadə ediləcəyi istisna deyil:“Dünyada getdikcə tükənən neft ehtiyatları mütəxəssisləri daha çox alternativ enerjidən istifadə etməyə sövq edir. Azərbaycanda isə alternativ enerji mənbələri kifayət qədərdir. Təbii ki, nəqliyyatda da bu enerjidən istifadə olunacağı gün uzaqda deyil”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol