• $
  • €
  • ₽
  • ₺
  • £

“Facebook” Markdan internetə çıxışı olmayanlara MÜJDƏ

“Facebook” Markdan internetə çıxışı olmayanlara MÜJDƏ
06.09.2014 15:48
Dünyanın ən böyük sosial şəbəkəsinin sahibi “Facebook” şirkəti hazırda internetə çıxış imkanı olmayan insanların ona qoşulması üçün milyardlarla dollar xərcləməyə hazırdır. Modern.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Mark Sukerberqə istinadən “Reuters” agentliyi məlumat verib.“Bizim üçün dünyada bütün insanları internet şəbəkəsinə qoşmaq böyük əhəmiyyət kəsb edir. Buna görə “Facebook”a növbəti onilliklərdə milyardlara dollar sərf etmək tələb olunsa belə, hesab edirəm ki, uzunmüddətli perspektivdə bu, bizim və bütün dünya üçün müsbət addım olacaq”. 2013-cü ilin avqustunda şirkətin baş direktoru məqsədi dünyada beş milyard insanın qoşulması (söhbət əsasən yoxsul Afrika ölkələrinin əhalisindən gedir) olan “Internet.org” fondunu işə salıb. Layihə çərçivəsində “Facebook” tərəfdaşların köməyi ilə elektron məlumatların ötürülməsinin səmərəliliyini artırmağı və internetə qoşulma haqqını 100 dəfə azaltmağı planlaşdırır.Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) proqnozuna görə, 2014-cü ilin sonunadək dünyada təxminən üç milyard insan internetə çıxış imkanı əldə edəcək. Hazırda “Facebook” sosial şəbəkəsindən hər ay 1,3 milyarddan çox insan istifadə edir.Oxşar təşəbbüslə “Google” şirkəti də çıxış edib. Belə ki, internet şirkəti atmosfer peyklərinin və internetə dünyanın ucqar region sakinlərini qoşmağa imkan verən digər pilotsuz uçan aparatların inkişafına bir milyard dollar məbləğində investisiya yatırmaq niyyətindədir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol