• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident əlillər və veteranlarla bağlı fərman imzaladı. Təqaüdləri..

Prezident əlillər və veteranlarla bağlı fərman imzaladı. Təqaüdləri..
29.05.2020 11:09
Bu gün Prezident İlham Əliyev  "Müharibə veteranlarına Azərbaycan   Respublikası   Prezidentinin   təqaüdü”nün   təsis   edilməsi  haqqında fərman imzalayıb.


Anews.az xəbər verir ki, frmana əsasən,  "I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan   Respublikası   Prezidentinin    təqaüdü”nün    təsis   edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli 643 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544) ilə təsdiq edilmiş "DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na aşağıdakı dəyişikliklər edilib:


1. 5.2.2-ci yarımbəndin 11.1-11.5-ci abzasları ləğv edilsin.


2.  7-ci hissə üzrə:


2.1. 7.8-ci və 7.9-cu bəndlər aşağıdakı redaksiyada verilsin:

7.8.

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə” medalı, "Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə

7.9.

ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə

 2.2. aşağıdakı məzmunda 7.11 - 7.13-cü bəndlər əlavə edilsin:

7.11.

I dərəcə əlilliyi olan şəxslərə qulluq edən şəxslərə

7.12.

sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə

7.13.

müharibə veteranlarına

 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol