• $
  • €
  • ₽
  • ₺
  • £

Sizə iri, yoxsa xırda pul lazımdı?

Sizə iri, yoxsa xırda pul lazımdı?
04.09.2014 16:00

Unibankın bankomatları müştərilərin istəyinə uyğunlaşdırılıb. Artıq siz bankomatlardan istədiyiniz məbləği, müxtəlif əskinaslarda çıxara bilərsiniz. Kartınızı bankomata daxil edib, lazım olan məbləği sifariş edən zaman, bankomatın löhvəsində sizdən məbləği yalnız iri əskinaslarda, yoxsa qarışıq əskinaslar formasında istədiyiniz soruşulur.

Müştərinin seçimdən asılı olaraq, Unibank bankomatlarından sorğu edilən məbləğ, mümkün böyük nominallardan olmaqla, minimal sayda əskinaslardan, yaxud qarışıq nominallardan ibarət əskinaslarla çıxır.Yəni, müştərinin nə pulu xırdalamağa ehtiyacı olmur, nə də bütövləşdirməyə. Bankomat müştərini bu qayğılardan qurtarır.Hazırda Unibank paytaxt və ölkənin bir çox regionlarında 80-ə yaxın bankomatı ilə müştərilərin xidmətindədir. Unibank bankomatları çox geniş xidmət imkanlarına malikdir. Ölkə bankları içərisində, ilk dəfə Unibank bankomatları ilə banka kredit müraciəti etmək və kredit ödənişi xidməti yaradılıb. Bankomatlarda sms bankçılıq xidmətinə qoşulmaqla yanaşı, kommunal ödənişləri həyata keçirmək, "card to card" və beynəlxalq kart köçürmələri həyata keçirmək mümkündür. Müştəri istəyərsə, Unibank bankomatlarında öz debet kartının PİN kodunu, heç bir xidmət haqqı ödəmədən dəyişə bilər.Cash by code xidməti isə bankomatlardan kart olmadan da, pul çıxarmağı mümkün etdi. Unibank plastik kartlarında tətbiq olunan Cash by Code xidməti asan, tez, rahat, təhlükəsiz şəkildə və 7/24 prinsipi ilə fəaliyyət göstərir. Bu xidmət nəticəsində bankın müştərisi öz kartındakı pul vəsaitlərini bankomat vasitəsi ilə köçürür və bank kartı olmayan şəxs həmin vəsaiti bankomatdan çıxara bilir. Müştəri bankomatda Cash by Code xidmətini seçərək məbləği və pulu alan şəxsin mobil nömrəsini daxil edir və bankomatdan şifrənin birinci hissəsi əks olunmuş qəbz çap edilir.Vəsaiti alacaq şəxsə SMS vasitəsilə şifrənin ikinci hissəsi göndərilir. Müştəri kod qəbzdəki şifrə və SMS vasitəsilə göndərilən şifrələri ardıcıllıqla daxil edir və vəsaiti çıxarır.Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol