Azərbaycanda daha bir mobil operatora lisenziya verildi

Naxçıvan Muxtar Respublikasının (NMR) “Naxtel” CDMA simsiz rabitə operatoru bu yaxınlarda LTE (4G) texnologiyasının tezliklərini və lisenziyasını alıb.“APA-Economics”in məlumatına görə, bu haqda jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib. “Hazırda “Naxtel” Naxçıvandan savayı, Azərbaycanın digər rayonlarda da fəaliyyət göstərmək üçün müraciət edib. Birinci mərhələdə biz onun rominq xidmətlərini təşkil edəcəyik, sonradan isə onun bütün Azərbaycan ərazisində lisenziyalaşdırılması məsələsinə baxacağıq. Tezliklərin toqquşması olmasa, biz yəqin ki, bu imkanı onlara verəcəyik”, - deyə nazir qeyd edib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















