Yeni yol - Azərbaycanda

Çuxuryurd-Piribəyli avtomobil yolunda təmir işlərinin böyük hissəsi yerinə yetirilib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, təmir işləri uzunluğu 13 km. yolun 4-cü texniki dərəcəli hissəsində aparılır.“Yol boyu zəruri olan hissələrdə beton drenaj kanalı tikilib. Su ötürücü borular yenisilə əvəz olunub. Demək olar ki, asfalt-beton örtüyünün döşənməsi başa çatmaq üzrədir. Sentyabr-oktyabr ayları ərzində işlərin tamamilə yekunlaşması gözlənilir”, - deyə Pünhan Mürsəliyev bildirib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















