• $
  • €
  • ₽
  • ₺
  • £

İnternet istifadəçilərinə ŞAD XƏBƏR

İnternet istifadəçilərinə ŞAD XƏBƏR
02.09.2014 11:44
Bakı Telefon Rabitəsi İstehsalat Birliyində “Bakinternet” internet xidmətinin mövcud  provayder platformasının genişləndirilməsi işlərinə başlanılıb. ANN.Az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə birliyin baş mütəxəssisi Elman Qədirov məlumat verib. Onun sözlərinə görə, yeni platforma istifadəyə veriləndən sonra Bakı şəhərində internet resurslarına çıxış daha sürətli və  yüksək keyfiyyətlə təmin ediləcək. Belə ki,  ən böyük yüklənmə saatında eyni vaxtda onlayn rejimində şəbəkəyə qoşulan abunəçilərin sayının 250 minə çatdırılması nəzərdə tutulur.Yeni platforma alternativliyi təmin edilməklə 100 Gbit/s-ə qədər informasiya daşınması sürətinə malik olacaqdır. Platforma avadanlıqları bu sahə üzrə çox böyük təcrübəyə malik, dünyada qabaqcıl yeri tutan İT şirkətin istehsalıdır.Qeyd edək ki, mövcud platformanın genişlənməsində əsas hədəflərdən biri də gələcəkdə Azərbaycanda internet şəbəkəsinin IPv4 ünvan resurslarından  daha geniş imkana malik IPv6 ünvan resursları platformasına keçidini təmin etməkdir. E.Qədirov qeyd edib ki, hal-hazırda bütün dünyada internet resurslarının mərhələli şəkildə IPv4-dən IPv6-a keçirilməsi prosesi davam edir. Bu nöqteyi-nəzərdən Azərbaycanda ilkin olaraq aparıcı mövqedə duran “Bakinternet” dövlət internet provayderi də öz platformasının gözlənilən dəyişikliyə hazırlığını təmin etməkdədir.Qeyd edək ki, hazırda “Bakinternet” abunəçilərinin sayı 160 min nəfərdən, digər provayderlər üzrə isə 100 min nəfərdən çoxdur.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol