• $
  • €
  • ₽
  • ₺
  • £

Elektron ticarətə vergi nəzarəti gücləndirilir

Elektron ticarətə vergi nəzarəti gücləndirilir
01.09.2014 19:15
Azərbaycanda elektron ticarətə vergi nəzarətinin təkmilləşdirilmiş mexanizminin yaradılması üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulubANN.Az Trend-ə istinadən məlumatına görə, bu barədə Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinovun nazirliyin rəsmi orqanı olan “Vergilər” qəzetində dərc olunan müsahibəsində deyilir. Onun sözlərinə görə, hazırda sahibkarlıq fəaliyyətinin bütün sahələrinə, o cümlədən elektron ticarətə vergi nəzarəti Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada aparılır. Lakin elektron ticarətin yuxarıda göstərilən xüsusiyyətləri nəzərə alınaraq bu sahədə vergi nəzarətinin təkmilləşdirilməsi vacib məsələlərdən biridir.Yaxın gələcəkdə elektron ticarətə vergi nəzarətinin həyata keçirilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilərək təkmil vergi nəzarəti mexanizminin yaradılması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulur. N.Şirinov qeyd edib ki, internet vasitəsilə elektron ticarətin həyata keçirilməsi dünyada gedən qloballaşma prosesinin tərkib hissələrindən biridir: “Son dövrlərdə inkişaf etmiş ölkələr də artıq yeni inkişaf mərhələsinə - vahid informasiya cəmiyyətinin yaradılması mərhələsinə daxil olmaqdadır”. Onun sözlərinə görə, sahibkarlıq fəaliyyəti sahəsində bu istiqamətdə baş verən yeni dəyişikliklər biznesin elektron qaydada aparılmasında və ya elektron ticarətin tətbiqində öz əksini tapıb: “Dünya miqyasında elektron ticarət deyilən bir yeniliyin meydana çıxması yeni yaranmış münasibətlərin tənzimlənməsinə, o cümlədən texniki, iqtisadi, maliyyə, vergi və hüquq normalarının uzlaşdırılmasına zərurət yaradıb. Son illərdə ABŞ, Kanada, Avstraliya və bəzi Avropa ölkələrində elektron qaydada həyata keçirilən biznesi tənzimləyən qanunvericilik aktları qəbul edilir”. İdarə rəisi əlavə edib ki, artıq Azərbaycanda da biznesin elektron qaydada aparılması zamanı meydana çıxan hüquqi və iqtisadi münasibətləri tənzimləyən bir sıra qanunvericilik aktları qəbul olunub.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol