• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın 100-cü filialı istifadəyə verildi

Kapital Bank-ın 100-cü filialı istifadəyə verildi
29.05.2020 10:48
 Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Bankın Masallı şəhəri, M.Talışxanov prospektində yerləşən ASAN Həyat Kompleksi daxilində olan Masallı şöbəsi, Cənub filialı kimi fəaliyyətini davam etdirəcək. Artıq müştərilər sayca 100-cü olan Cənub filialında bank əməliyyatları ilə yanaşı, BirKart və nağd kreditləri də əldə edə biləcəklər.
 
Kapital Bank-ın Cənub filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
 
Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 40-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 20-dən çox yeni filial və şöbə istifadəyə verilib. Bundan əlavə cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
 
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan buğda idxalına çəkdiyi xərci 17 %-ə yaxın artırıb
İqtisadiyyat 17:27
Azərbaycan buğda idxalına çəkdiyi xərci 17 %-ə yaxın artırıb
Azərbaycanın 10 ayda Ermənistana ixracının dəyəri açıqlanıb
İqtisadiyyat 15:39
Azərbaycanın 10 ayda Ermənistana ixracının dəyəri açıqlanıb
"Fitch": "Brent" markalı neftin qiyməti gələn il 65 dollara düşəcək
İqtisadiyyat 12:44
"Fitch": "Brent" markalı neftin qiyməti gələn il 65 dollara düşəcək
Nazir: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq
İqtisadiyyat 11:53
Nazir: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq
Ukrayna ordusu Zaporojye və Belqoroda PUA zərbələri endirib, altı nəfər ölüb
İqtisadiyyat 11:40
Ukrayna ordusu Zaporojye və Belqoroda PUA zərbələri endirib, altı nəfər ölüb
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
İqtisadiyyat 11:25
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
Bakıda “Ümumdünya Dayanıqlı Nəqliyyat Günü – 2026” beynəlxalq forumu işə başlayıb
İqtisadiyyat 11:09
Bakıda “Ümumdünya Dayanıqlı Nəqliyyat Günü – 2026” beynəlxalq forumu işə başlayıb
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
İqtisadiyyat 10:53
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Ailə başçısını itirməyə görə pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:47
Ailə başçısını itirməyə görə pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol