• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 1 milyona maşın satılır

Azərbaycanda 1 milyona maşın satılır
01.08.2019 19:32
Azərbaycana rəsmi nümayəndəliklər tərəfindən idxal olunan kifayət qədər bahalı avtomobillər var. Bəzilərinin qiyməti hətta 400 min manatdan yuxarıdır. Bu siyahıya "Mercedes-Benz”i, "BMW”ni, "Porsche”ni və s. daxil etmək olar.


Anews.az  oxu.az-a istinadən xəbər verir ki, bu barədə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı məlumat verib.

Onun sözlərinə görə, bunlar açıq satışda olan avtomobillərdir. Ayrı-ayrı fiziki şəxlər tərəfindən ölkəyə gətirilən bahalı avtomobillərə gəlincə, ekspert deyib ki, burada qiymətlər fərqlidir:


"Azərbaycanda xeyli belə avtomobil mövcuddur. Bura "Lamborghini”, "Maserati”, "Bugatti” kimi bahalı maşınları aid etmək olar. Bundan başqa "Mercedes”in "Maybach” seriyasından olan nəqliyyat vasitələrini, "BMW” və "Audi”nin sport versiyalarını misal çəkə bilərik”.


R.Osmanlı söyləyib ki, bu avtomobillərin qiyməti, 500 min - 1 milyon manat arasında dəyişir.


Ekspert rəsmi statistikadan xəbərsiz olduğunu deyib:


"Əlimizdə rəsmi statistika yoxdur. Bununla bağlı rəqəmlər Baş Dövlət Yol Polisi İdarəsində mövcuddur”.


Ramil Osmanlının fikrincə, Azərbaycanda son illər bahalı avtomobillərə maraq bir qədər azalıb: 


"Əvvəlki illərdə olduğu kimi, Azərbaycanda bahalı avtomobillərə maraq o qədər də yüksək deyil. Amma onu da demək olmaz ki, maraq tamamilə aradan qalxıb.


Nəzərə almaq lazımdır ki, Azərbaycan bazarında avtomobil parkının yenilənməsi prosesi o qədər də yüksək deyil. Halbuki azərbaycanlılar avtomobillərini tez-tez dəyişməyi sevirlər. Amma bu, kütləvi hal almayıb”.


R.Osmanlı onu da əlavə edib ki, ölkədə gələcəkdə avtomobil parkının yenilənməsi dinamik xarakter alacaq:


"Bu, minik avtomobillərin qiymətinin orta qiymətə yaxın olduğu vaxt baş verəcək. Bu da lap bahalı avtomobillərə maraq azalandan sonra ola bilər”.


Ekspert Azərbaycanda 1 milyon manata satılan avtomobillərlə bağlı maraqlı fakt açıqlayıb:


"Belə nəqliyyat vasitələri açıq satışda deyillər. Bu avtomobillərin satışı barədə saytlarda və açıq informasiya resurslarında hər hansı məlumata rast gəlmək mümkün deyil”. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol