• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dördüncü mobil operator peyda olacaq

Azərbaycanda dördüncü mobil operator peyda olacaq
29.08.2014 12:46

Şirkət lisenziya almağa hazırlaşır.

Naxçıvan Muxtar Respublikasının (NMR) “Naxtel” CDMA standartlı simsiz rabitə operatoru 1800-2100 MHz diapazon GSM tezliklərindən istifadə etmək üçün lisenziya almağa hazırlaşır.

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bunu NMR-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fərid Hacıyev deyib.

Onun sözlərinə görə, “Naxtel”in Azərbaycanın bütün ərazisində mobil rabitə xidmətini işə salmaq məqsədilə lisenziya almaq üçün yaxın vaxtlarda Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edəcəyi gözlənilir.

Hazırda operator 800-900 MHz diapazon tezliyindən istifadə etməklə CDMA standartında simsiz rabitə xidmətləri göstərir. Şirkət Azərbaycanda 4-cü GSM operatoru olmağa iddialıdır.

F.Hacıyev qeyd edib ki, şirkət 4G şəbəkəsinin tətbiq edilməsi üzrə layihə hazırlayıb:

“4G ilkin mərhələdə NMR ərazisində əlçatan olacaq. Növbəti mərhələdə isə 4G şəbəkəsi Azərbaycanın bütün ərazisini əhatə edəcək. Ölkənin digər mobil rabitə operatorları kimi “Naxtel” şirkəti də GSM standartında rabitə xidmətləri göstərəcək”.

Onun sözlərinə görə, opratorun şəbəkəni kommersiya baxımından işə salması cari ilin sonuna planlaşdırılıb, lakin tarixin gələn ilin əvvəlinə keçirilməsi istisna olunmur.

“Naxtel”in öz baza stansiyalarının tikintisi üzrə planlarını şərh edən F.Hacıyev bildirib ki, birinci mərhələdə “Bakcell”, “Azercell” və  “Azerfon” mobil operatorların baza stansiyalarının üzərindən rabitə və internet xidmətlərinin göstərilməsi nəzərdə tutulur:

“Bu məsələ Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yardımı ilə razılaşdırılacaq (Trend).

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol