• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın 10 rayon bazarına QADAĞA

Azərbaycanın 10 rayon bazarına QADAĞA
27.08.2014 15:00
"Nodulyar dermatit" virus xəstəliyinin müşahidə olunduğu vaxtdan indiyədək 11 baş iribuynuzlu heyvanın tələf olması qeydə alınıb.AZADİNFORM xəbər verir ki, bunu Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova deyib.O bildirib ki, tələfat bu xəstəlikdən yox, yanaşı gedən, o cümlədən qan-parazitar və digər xəstəliklərdən baş verib: "Xəstəlik Biləsuvar, Ucar, Cəlilabad, Ağdaş, daha sonra isə Bərdə, Samux, Zərdab və digər rayonlarda saxlanılan heyvanlar arasında müşahidə olunmaqdadır. Xəstəlik müşahidə edilən heyvanlar arasında simptomatik müalicə tədbirləri aparılır. Aparılan müalicə öz effektini verməkdədir. Artıq 10 rayonun mal bazarında diri mal satışına qadağa qoyulub".S. Rüstəmova qeyd edib ki, təsərrüfatlarda mütəmadi olaraq profilaktiki baytarlıq-sanitariya tədbirləri keçirilir: "Təəssüflər olsun ki, xəstəliyin yayılma arealında və rayonların sayında da artım müşahidə olunmaqdadır. Xəstəlik ilk vaxtlar 4 rayonda müşahidə edilsə də, hazırda onların sayı 10-a çatıb. Bu artıma havaların kəskin istiləşməsi nəticəsində virus daşıyan qansoran həşəratların aktivliyi, çoxalması, heyvanların nəzarətsiz hərəkəti, təsərrüfatlarda baytarlıq-sanitariya tələblərinə düzgün əməl edilməməsi və digər amillər səbəb olub".Qeyd edək ki, bir müddət öncə İraq, Türkiyə və İran ərazilərində qeydə alınan, iribuynuzlu heyvanlar arasında yayılan "Nodulyar dermatit" virus xəstəliyi Azərbaycanda da müşahidə olunmaqdadır. Bu xəstəlik virus mənşəli olmaqla iribuynuzlu heyvanlarda qısa müddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir. Xəstəlik heyvandarlıq məhsullarının, o cümlədən süd və ət məhsullarının azalması, gön-dəri məmulatının keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol