• $
  • €
  • ₽
  • ₺
  • £

"Sevil massivi"ndən ev alanların pulları bata bilər"

"Sevil massivi"ndən ev alanların pulları bata bilər"
23.08.2014 15:42
Bunu AzVision.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov "Sevil" massivində yaranmış vəziyyəti şərh edərkən deyib.O, vurğulayıb ki, burada 3 mindən çox vətəndaşın hüquqları pozulub: "Onların ödənişlərinin yumşaq desək batmaq riski var. Nəzərə alsaq ki, "Sevil" massivində yoxlamalar zamanı bəlli olub ki, əslində orada vətəndaşların aldadılması faktı var. Bəzi hallarda alınmış torpaqların rəsmiləşdirilməsi belə həyata keçirilməyib. Vətəndaş ödəniş edir, ödəniş edilibsə, massiv rəhbərliyi vətəndaşların hüquqlarının qorunmasına nail olmalı idi".V.Bayramov təklif edir ki, "Sevil" massivinin səalahiyyətləri hər hansı şirkətə, və ya səhmdar cəmiyyətə təhvil verilsin: "Həmin şirkət, və ya səhmdar cəmiyyət də "Sevil" massivində hüququ pozulan vətəndaşların hüquqlarını bərpa etsin. Hələlik yoxlamalar gedir, vətəndaşlardan izahatlar alınır. Amma bütün hallarda öhdəliklərin digər bir quruma transfer edilməyi vacibdir. Burada əsas məqsəd vətəndaşlara dəymiş ziyanın ödənilməsi və onlar qarşısındakı öhdəliyin həyata keçirilməsi olmalıdır".Qeyd edək ki, "Sevil Massivi" nin təsisçisi Aynur Zeynalovun həmin kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol