• $
  • €
  • ₽
  • ₺
  • £

Facebook-da bu tələlərdən uzaq durun!

Facebook-da bu tələlərdən uzaq durun!
19.08.2014 23:05

Sosial şəbəkədəki tələlərdən qorunmaq üçün bəzi xüsuslara diqqət yetirməlisiniz

Facebook sosial şəbəkəsində xeyli sayda tələlər aşkar olunur.

ANS PRESS-in məlumatına görə, hesabınıza istədiyiniz yerdən asanca və sərbəst daxil ola bilmək imkanı profilinizi təhlükəyə ata bilər. Facebook hesabınıza daxil olarkən diqqət yetirməyiniz lazım olan bir neçə əhəmiyyətli xüsusiyyət var. Bunlardan biri tanımadığınız, sizə kənardan gələn reklam vəya tətbiqlərdir. Facebook reklamlarına daxil olsanız bu, virus və xüsusi məlumatların ortaya çıxmasına səbəb olur. 

Xakerlər hər zaman ən məşhur olan şeylərin boşluqlarından faydalanırlar. Son zamanlar Facebook "qarmaq" texnikasını istifadə edən spamların hədəfi halına gəlib. Bu hücum növünün tələsinə düşənlərin profilləri xakerlərin əlinə keçir. Bundan qorunmaq üçün həmin reklam və tətbiqləri açmayın və spam olaraq bildirin.

Az qala bütün veb saytları artıq Facebook və Twitter düymələrini istifadə edir. Səhifədəki Facebook əlaqəsi gerçəkdirsə o zaman heç bir problem yoxdur. Lakin xakerlər gerçək paylaş düyməsinə bənzəyən bir düymə istifadə edərək sizi saxta bir sayta yönləndirir. Bununlada sizin şəxsi məlumatlarınızı oğurlayırlar. Bu tələdən qorunmaq üçün hər hansı bir veb saytını ziyarət etmədən əvvəl ayrı bir səhifədən Facebook-a daxil olun. Daha sonra yeni bir səhifədə bu veb saytlarını ziyarət edin. Bu yolla tələlərdən sığortalana bilərsiniz. 

Təhlükəsizlik ilə bağlı risk yaradan digər bir sahə isə Facebook hesabınız ilə məlumat alış-verişi edə bilən tətbiqlərdir. Facebookda xeyli sayda saxta tətbiqlər mövcuddur. Bundan qorunmaq üçün tətbiqi yükləmədən əvvəl mütləq digər istifadəçilər tərəfindən verilən şərhləri araşdırın. 

Şifrə oğurluğuna ən çox səbəb olan hallardan biri də ortaq kompüterləri istifadə edərək Facebooka giriş etməkdir. E-poçta ünvanınızı daxil etdiyiniz yerin altında olan "Məni girmiş saxla" düyməsini bir çox istifadəçi bilmir. Bu isə sosial şəbəkədə sizin təhlükəsizliyiniz üçün bəzi hallarda problem yaradır. 

Bütün bu variantlar Facebook məlumatlarınızı oğurlamaq istəyən xakerlər tərəfindən tərəfindən tez-tez istifadə olunur. Bunun üçün hər zaman rəsmi Facebook səhifəsi vasitəsilə sosial şəbəkəyə daxil olun. Yalnız etibar etdiyiniz üçüncü növ tətbiqlərdən istifadə edin.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol