• $
  • €
  • ₽
  • ₺
  • £

Binali Yıldırım Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinin bitmə tarixindən danışdı

Binali Yıldırım Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinin bitmə tarixindən danışdı
18.08.2014 11:00
“Plana görə, Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi bu ilin axırında başa çatmalıdır”.Bu sözləri APA-nın Türkiyə müxbiri ilə söhbətində Türkiyənin keçmiş nəqliyyat, kommunikasiya və dənizçilik naziri, AKP İzmir millət vəkili  Binali Yıldırım deyib.“Bakı-Tiflis-Qars dəmir yolundakı sınaq sürüşləri 1 il gecikmişdi və plana görə, bu ilin axırında həyata keçirilməlidir. Sizcə, qrafikdə bu dəfə də dəyişiklik olmayacaq ki?” sualına B. Yıldırım belə cavab verib: “Mən o işləri yeni nazirə təhvil vermişəm, işlərlə onlar məşğuldur. Ancaq sualınızın cavabında bunu deyə bilərəm ki, mən təhvil verənə qədər işlər planlaşdırdığımız şəkildə gedirdi və inşallah, bu ilin axırında dəmir yolunda sınaq sürüşlərini keçirəcəyik”.Qeyd edək ki, 2002-2011-cü illər arasında Türkiyənin nəqliyyat və kommunkiasiya naziri  olan Binali Yıldırım bir sıra böyük infrastruktura layihələrinin həyata keçirilməsinə rəhbərlik edib. 12 iyun 2011-ci ildə keçirilən seçkidən sonra yaradılmış nəqliyyat, kommunikasiya və dənizçilik nazirliyinin başına da Binali Yıldırım gətirilib. 30 martda keçirilən bələdiyyə seçkiləri ərəfəsində baş nazir Rəcəb Tayyib Ərdoğanın təkidiylə İzmir böyük şəhər bələdiyyə başqanlığına namizəd olan Binali Yıldırım bu səbəblə nazir vəzifəsindən ayrılıb. Seçkidə qalib gələ bilməyən Yıldırım, Ədalət və İnkişaf Partiyasında(AKP) sədrin  baş müşaviri vəzifəsinə gətirilərək Ərdoğanla yaxın çalışmalarını davam etdirib.  

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol