Metroda daha bir YENİLİK

İctimai nəqliyyatda vahid kart-ödəniş sisteminin Bakı Metropolitenində tətbiqi ilə bağlı iş aparılır.Bu barədə AzərTAc-a məlumat verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, Səhmdar Cəmiyyət bununla əlaqədar Nəqliyyat Nazirliyi və digər müvafiq qurumlarla sıx əməkdaşlıq edir.Metropolitendə mövcud kart-yükləmə aparatlarının daha müasir və etibarlı qurğularla əvəzlənəcəyini də deyən N.Paşayev qeyd edib ki, QSC ümumilikdə sərnişinlərə xidmət sisteminin tam yeniləşdirilməsini planlaşdırır. Kart-yükləmə aparatlarının müasirləşdirilməsi də buraya daxildir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















