• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ehtiyat sürücü bazası yaradılır

Azərbaycanda ehtiyat sürücü bazası yaradılır
15.08.2014 14:39
Azərbaycanda ehtiyat sürücü bazası yaradılır. “APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəisi Namiq Həsənov məlumat verib. Onun sözlərinə görə, bazanın yaradılması ilə nazirliyin Dövlət Avtomobil Nəqliyyat Xidməti məşğuldur: “Bu sürücü bazasının yaradılmasında məqsəd sahibkarlara sürücülər barədə məlumat verilməsidir. Belə ki, hər hansı bir avtobusda qəza törədən sürücü sabah digər bir sahibkara müraciət edərək başqa marşrutda işə düzəlmək istəyirsə, onun barəsində həmin sahibkara məlumat veriləcək. Yəni həmin sürücünün iş qabiliyyətinin yaxşı və ya pis olması, tərcümeyi-halının neqativ olması və qəza törədib-törətməməsi barədə sahibkar bilgiləndiriləcək”. “Bu həm də 2400-2500 avtobusun hərəkət etdiyi şəhərdə əlavə ehtiyat sürücü bazası yaradacaq. Düzdür, bu çox ağır işdir. Amma həm də kadr siyasətidir. Sürücülər bu gün hər hansı bir marşrutda qəza törətdikləri və sərnişinlərlə qeyri-etik danışdıqları halda sabah başqa sahibkarın yanında işə düzələcəklərindən arxayın olmayacaqlar”, - deyə o əlavə edib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol