• $
  • €
  • ₽
  • ₺
  • £

Valideynlərə SEVİNDİRİCİ XƏBƏR!!!

Valideynlərə SEVİNDİRİCİ XƏBƏR!!!
11.12.2019 18:24
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb.

Sonxeber.az bildirir ki, bu barədə məlumatı nazir müavini Anar Kərimov mətbuat konfransında verib. O bildirib ki, ilin sonuna kimi daha 10 müavinətin elektronlaşdırılması nəzərdə tutulub: "Xidmət yeni doğulan uşaqlara şamil olunur. Uşağın doğulmasına görə birdəfəlik müavinət valideynlər (və ya onlardan biri) işlədikləri halda onların iş yeri vasitəsilə ödənilir. Hər iki valideyn işləmirsə, bu ödənişin alınması üçün müvafiq sənədlərlə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbəsinə müraciət olunur.

Müavinəti hansı bankdan alacağı barədə valideynə SMS-məlumat göndəriləcək. Bundan sonra valideyn şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan müavinəti alacaq.

Bu müavinəti əldə etmək üçün valideynlər 5-6 sənəd toplamalı və bəzən 4-5 ay müddətində gözləməli olurdu. İndi biz vətəndaşı həmin qurumlarla ünsiyyətdən qoruyuruq. Proses həm şəffaflaşır, həm də sürətlənir".

Nazir müavini qeyd edib ki, cari ildə ölkədə yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb. Yeni doğulmuş uşaqlarla bağlı müavinət təyin olunanların sayı ötən il 130 min nəfər olub. Ümumilikdə isə il ərzində 600 minə yaxın uşaqlar müxtəlif müavinətlərdən yararlanıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol