• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Formula 1 yarışından nə qədər gəlir əldə edib?

Azərbaycan Formula 1 yarışından nə qədər gəlir əldə edib?
15.01.2020 20:30
Azərbaycan 2016-2019-cu illərdə Bakıda keçirilən "Formula 1” yarışlarından 506,3 mln. dollar gəlir əldə edib.

"Qafqazinfo” xəbər verir ki, beynəlxalq audit şirkətin hesabatına əsasən, bu məbləğ qran-prilərlə əlaqədar Bakıya gələn qonaqların xərcləri əsasında yaranmış birbaşa və ya dolayı gəlirləri əhatə edir. Şirkət nümayəndəsi Bəhruz Hüseynzadənin sözlərinə görə, birbaşa təsir dedikdə yarış iştirakçıları və tamaşaçılara birbaşa xidmət göstərən, mal təchis edən sektorda fəaliyyət göstərən şirkətlərin gəlirlərindəki artım nəzərdə tutulur. Bu da 4 ildə 300.6 mln. dollar təşkil edir:

"Məsələn, yarışlar əsnasında ölkəyə turistlər gəlir. Onların xərcləmələri də bu birbaşa gəlirlərin komponentidir. Dolayı gəlirlər isə 205.7 mln. dollar təşkil edib. Burada yarışların təşkilatçılığında yer alan təhsisatçı şirkətləri öz məhsul və xidmətləri ilə təmin edən digər əlaqədar biznes qurumlarının əldə etdiyi gəlir nəzərdə tutulur”. 

Hesablamamlara əsasən yarışlara ev sahiblik etdikdən sonra ölkədə yeni iş yerləri açılıb. Belə ki, 2016-2017-ci illərdə 5-10 min arasında qısa və orta müddətli yeni iş yeri imkanı yaradılıb. 2018 və 2019-cu illərdə isə bu göstərici 7500 təşkil edib. 

Bundan başqa, ölkənin tanıtımı baxımından da qran-pri yarışları mühüm rol oynayıb. 2018-ci ildə ildə keçirilmiş yarışı ümumilikdə 82,3 mln. televiziya tamaşaçısı izləyib. Bu göstərici 2019-cu ildə 10% artaraq 90,2 mln. nəfər təşkil edib. 

Xatırladaq ki, bu il qran-pri 5-7 iyun aralığında keçiriləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol