• $
  • €
  • ₽
  • ₺
  • £

AİF-dən "erməni haker" XƏBƏRDARLIĞI

AİF-dən "erməni haker" XƏBƏRDARLIĞI
04.08.2014 18:37
Azərbaycan İnternet Forumu son günlər Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində  yaranmış gərginliklə bağlı milli infromasiya resurslarımızın, xüsusilə də İnternet media resurslarının normal fəaliyyəti üçün təhlükələr artmasına dair açıqlama yayıb. ANN.Az-a daxil olan açıqlamada deyilir ki, populyar və ictimai rəyə real təsirə malik internet media qurumlarının dayanıqlı fəaliyyəti üçün daha ciddi təhlükələr ola bilər.Son dövrlərin müharibələri də göstərir ki, yerli və beynəlxalq ictimai rəyi öz xeyirlərinə dəyişmək üçün adətən əks tərəfin milli İnternet resursları, xəbər portalları sıradan çıxarılır. Müasir müharibələrin tərkib hissəsi olaraq infromasiya müharibəsinə hazırlıq və onun aparılması çox ciddi əhəmiyyət kəsb edən faktora çevrilib.Görünən odur ki, hazırda Ermənistan tərəfi və onların xaricdəki lobbiləri var-qüvvələri ilə bundan istifadə edirlər. Artıq bir neçə İnternet xəbər resursumuz haker hücumuna məruz qalıb. Onlar Azərbaycana qarşı sistemli formada informasiya müharibəsi aparır, həm beynəlxalq və eləcədə öz daxillərində ictimai rəyin manipulyasıyasından məharətlə istifadə edilir. AİF bildirir ki, indiki məqamda milli informasiya resurslarımızın sahibləri, müvafiq dövlət və özəl qurumlar tərəfindən informasiya təhlükəsizliyi məsələsinə, saytların dayanıqlı fəaliyyətinə daha ciddi diqqət yetirilməsi çox vacibdir. Gündəlik monitorinq tətbiq edilməlidir. Media qurumunun  trafiki nəzarətdə saxlanılmalıdır. Peşəkar mütəxəssislər cəlb edilməli və ya mütəxəssislərlə əlaqələr gücləndirilməlidir.AİF bildirir ki, İnternet xəbər portallarının yalnız  xarici hostlardan deyil, həmçinin alternativ hostinqlərdən, xüsusilə yerli Delta Telekom şirkətinin də hostinqlərindən istiafdə etməsi faydalı olardı. İnternet resursun burada yerləşməsi, baş verən fəsadların daha opertaiv aradan qaldırılmasına köməklik edərdi.AİF bildirir ki, bu arada RYTN yannda Elektron Təhlükəsizlik Mərkəzinin (Qaynar xətt: 1654), XDMX İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin və Delta Telekom Data Mərkəzinin (+994 12 431 14 20; (daxili)107; mobil: 050-203-12-95)  daha aktiv formada fəaliyyətinə ehtiyac var. Bu qurumlarda qaynar xətt sistemlərinin daha çevik fəaliyyəti təmin edilməlidir.  Xüsusilə də indiki məqamda ETM  tərəfindən İnternet media resurslarımızın dayanıqlı fəaliyyətinin təmin edilməsi, yeri gələndə zərurui metodiki-informasiya və texniki dəstəyin göstərilməsi cox vacibdir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol