• $
  • €
  • ₽
  • ₺
  • £

Koronavirusa görə pensiyalar artırıldı, vergilər azaldıldı

Koronavirusa görə pensiyalar artırıldı, vergilər azaldıldı
29.05.2020 04:12
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankayada koronavirusla bağlı dövlət rəsmiləri ilə iclas keçirib.
Anews.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, kritik toplantıdan sonra Ərdoğan Türkiyə xalqına müraciət ünvanlayıb. Müraciətdə görüləcək 100 milyard lirəlik paketi nəzərdə tutan iqtisadi tədbirlər açıqlanıb:
1)  Pərakəndə satış, ticarət mərkəzləri, dəmir-polad, avtomobil, logistika-nəqliyyat, kino-teatr, yerləşmə, qida məhsulları, toxuculuq geyimləri və təşkilati sektorlar üçün aprel, may və iyun aylarında nəzərdə tutulan ƏDV vergisi 6 ay təxirə salınır.
2)  Yaşayış vergisi noyabr ayınadək tətbiq olunmayacaq.
3)  Otel kirayəsi üçün gəlir payı ödəmələrini 6 ay təxirə salırıq.
4) Daxili aviadaşımalarda 3 ay müddətinə ƏDV-ni 18%-dən 1%-ə endiririk.
5) Covid-19 virusu səbəbindən nəğd gəlirləri pozulan firmaların banklara olan kredit borclarını 3 ay müddətinə təxirə salırıq və lazım gələrsə, onlara əlavə maliyyə dəstəyini təmin edəcəyik.
6) İxracatda müvəqqəti ləngimə zamanı imklanlardan istifadə nisbətini qorumaq üçün ixracatçıya inventar maliyyələşdirmə dəstəyi verəcəyik.
7) Bu dönəmdə azad sahibkarların "Xalqbank”a olan kredit borcları aprel, may və iyun ayları üçün faiz ödəmələrini 2 ay müddətinə, əlavə faiz olmadan təxirə salacağıq.
8) Kredit Zəmanət Fondunun limitini 25 milyard lirədən 50 milyard lirəyədək artıracağıq.
9) Vətəndaşlarımız üçün uyğun və avantajlı şərtlərlə sosial məqsədli kredit paketləri ayıracağıq.
10) Minimum əmək haqqı dəstəyini davam etdirəcəyik.
11) Uzaqdan işləmə modellərini təkmilləşdirəcək, fəaliyyətində fasilə yaranan işçilərə müvəqqəti gəlir dəstəyi verəcək, bununla da işverənlərin maliyyə yükünü azaltmış olacağıq.
12) Minimum pensiya məbləğini 1500 lirəyə yüksəldirik.
13) Pensionerlərin bayram bonuslarını aprelin əvvəlində ödəyəcəyik. Həmin məbləğ birbaşa təqaüdçülərin bank hesabına yatırılacaq.
14) Ehtiyacı olan ailələlər yardım üçün əlavə olaraq 2 milyard lirəlik vəsait ayırırıq.
15) Məşğulluğun davamı üçün 2 aylıq əvəzetmə iş müddətini 4 ayadək artırırıq.
16) Tək yaşayan 80 yaşdan yuxarı qocalar üçün social xidmət və evdə tibbi xidmətdən ibarət dövri izləmə proqramını başladırıq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol