• $
  • €
  • ₽
  • ₺
  • £

Azəryolservisdən cavab

Azəryolservisdən cavab
18.07.2014 12:43
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumatlara münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev ANS PRESS-ə açıqlamasında bildirib ki, bəzi KİV-lərdə Hacıqabul-Bəhramtəpə avtomobil yolu və Babək prospekti ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc edilir: “Yazıya diqqət etdikdə aydın olur ki, göstərilən məlumatlar qərəzlidir və cəfəngiyatdan başqa bir şey deyil. Qeyd edilir ki, guya ikiqat asfalt-beton örtük döşənərək istismara verildikdən sonra Hacıqabul-Bəhramtəpə yolunda çökmə baş verib və bundan sonra yola üçüncü qat asfalt beton qatının döşənməsinə başlanılıb.Sensasiya naminə məsələyə qərəzli yanaşanlara sual olunur. Magistral avtomobil yolunda örtüyün neçə lay olmasını bilməyən şəxslərin yol təsərrüfatının gördüyü işlərlə bağlı araşdırma yazması gülünc deyilmi? Çoxlu sayda yaşayış məntəqəsini birləşdirən və eyni zamanda su ötürücü kanallar, kollektorlar üzərindən keçən Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 62 kilometrlik hissəsini uzun müddətə tikinti işləri ilə bağlı necə bağlamaq olar? Bundan başqa işlərin mərhələli formada aparıldığı yolda nəqliyyatın hərəkətinin müvəqqəti bərpası nə vaxtdan istismara verilmə kimi qəbul olunur?Cəmiyyət tərəfindən düzgün çatdırılan məlumatlara qərəzli yanaşanların bir daha nəzərinə çatdırırıq ki, magistral avtomobil yollarında yol geyimi 3 laydan ibarət olur: bitumlu əsas, əlaqələndirici və sonuncu isə üst-aşınma layı adlanır.Sovet dövründən fərqli olaraq avtomobil yollarının tikintisi zamanı hazırda qüvvədə olan inşaat-norma qaydaları ilə yanaşı müxtəlif ölkələrin təcrübəsindən istifadə edilərək yol geyiminin gücləndirilməsinə dair təkmilləşdirmələr aparılır. Eyni zamanda istifadə olunan materiallar laborator müayinədən keçirilir, torpaq yatağı müasir texnikadan istifadə edilərək təbəqə-təbəqə kipləşdirilir və nəhayət asfalt layları arasında keyfiyyəti artırmaq üçün müasir texnologiyalardan istifadə olunur. Ən acınacaqlısı odur ki, bir neçə dəfə təmir aparılmasını və kommunikasiya xətlərinin dəyişdirilməsini iddia edənlərin ağlına gəlməyib ki, Bakının avtomobil yolları, prospekt və küçələr yol təsərrüfatı orqanının balansına götürüləndən bəri (2007-ci il) həmin prospektdə heç bir təmir işi aparılmayıb. Sovet dövründə keçmiş normativlər əsasında inşa olunan prospekt (Babək prospekti) hazırda artan hərəkət şiddətini qəbul etmədiyi üçün yaxın vaxtlarda əsaslı təmir olunacaq.Digər tərəfdən yol təmirinin növləri haqqında heç bir bilgisi olmayanların diqqətinə çatdırırıq ki, əsaslı təmir işləri zamanı kommunikasiya xətlərinin istismarı ilə məşğul olan qurumlara yazılı şəkildə müraciət olunur və daha sonra həmin qurumlar tərəfindən kommunikasiya xətlərinin dəyişdirilməsi ilə bağlı layihə-smeta hazırlanaraq işlərə başlanılır.Asfalt beton örtük döşəndikdən sonra istismara verilən yolda kommunikasiya xəttində hər hansı problem yaranırsa, yol təsərrüfat orqanı buna görə məsuliyyət daşımır. Belə hal olduqda məsuliyyət bu işlə məşğul olan qurumların üzərinə düşür.Bir sözlə, yerində araşdırma aparılmadan, eyni zamanda qarşı tərəfin mövqeyini öyrənmədən, yoxlanılmadan belə informasiyaları mətbuata çıxarılmasının səbəbi bəllidir. İctimai rəyi çaşdırmaq və yol təsərrüfatı orqanının gördüyü işlərin üzərinə kölgə salmaq”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol