• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik regionlarda yüksəksürətli internetlə bağlı işləri davam etdirir

Nazirlik regionlarda yüksəksürətli internetlə bağlı işləri davam etdirir
06.06.2020 21:32
Regionlarda dayanıqlı rabitə və yüksəksürətli internet üçün işlər davam edir.

"Qafqazinfo"nun məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti regionları əhatə edən xidməti ərazilərində son nəsil simsiz rabitə texnologiyasının qurulması və nəticədə əhalini dayanıqlı rabitə, yüksəksürətli internet və digər multimedia xidmətləri ilə təmin edilməsi istiqamətində davamlı işlər həyata keçirir. 

Xidməti ərazilərdə, regionlarda İKT infrastrukturunun müasir tələblər səviyyəsində təmin edilməsi istiqamətində bütün mövcud resurslardan istifadə olunur. Həyata keçirilən infrastruktur layihələri nəticəsində göstərilən xidmətlərin keyfiyyəti və çeşidləri artırılır, müştəri məmnuniyyəti təmin olunur.

Əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətin artırılması məqsədilə regionlarda olan xətt şəbəkə infrastrukturu layihəsi hazırlanıb. İlkin mərhələdə 4 regionda ən son texnologiyalardan olan GPON texnologiyasının tətbiqi ilə Gəncə, Sumqayıt, Abşeron və Masallıda infrastruktur yenidən qurulur. İşlər bitdikdən sonra növbəti fazada digər regionlarda da bu texnologiyaların qurulmasına başlanacaq.

Eyni zamanda   telefonlaşmayan və  çətin relyefli xidməti ərazilərdə internet xidmətinə olan tələbatı ödəmək üçün pilot layihə olaraq, 2018-ci ildə Xaçmaz rayonunun Hülövlü və Qaraçı kəndlərində simsiz şəbəkə LTE qurulub, sakinlərin evlərində qəbuledici avadanlıq quraşdırılıb. Artıq LTE (Long Term Evolution) şəbəkəsi Abşeron rayonu üzrə  Xırdalan şəhərində,  Digah, Fatmayı, Məhəmmədli, Masazır, Mehdiabad, Novxanı bağları, Qobu, Saray qəsəbələrində, Sumqayıt şəhərinin 11-ci mikrorayon, Corat, Qurd dərəsi, H.Z.Tağıyev qəsəbələrində mövcuddur.  

Qeyd edək ki,  LTE texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsi kimi üstünlüklərə malikdir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol