• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 10 gün iş olmayacaq - Maaşlardan çıxılacaq?

Azərbaycanda 10 gün iş olmayacaq - Maaşlardan çıxılacaq?
17.06.2020 18:21
İyun ayında iki bayramın olması istirahət günlərinin sayını artırıb. Bu ay ilk olaraq 15 İyun - Milli Qurtuluş Günü, daha sonra isə 26 İyun - Silahlı Qüvvələr Günüdür. Beləliklə, bu ay şənbə və bazar günləri də daxil olmaqla, 5 günlük iş həftəsində çalışanlar üçün 10, 6 günlük iş həftəsində çalışanlar üçün isə 6 gün qeyri-iş günü olacaq. Lakin bayram günlərinin çoxluğu bəzi hallarda içşi-sahibkar münasibətlərində problem yaradır. Belə ki, bəzi sahibkarlar bu günlərin əvəzini işçinin maaşından çıxır. Bu isə narazılığa səbəb olur. 
Bu cür hallar əmək məcəlləsinə əsasən hüquqların pozulmasıdır?
Milli.Az xəbər verir ki, tanınmış vəkil Roman Qaraşov redaktor.az-a bildirib ki, iş və istirahət günlərinin müəyyən olunması zamanı həmin günlərdə hansı idarə və müəssisələrin, təşkilatların fəaliyyətlərini davam etdirəcəkləri qərarda əks olunur:
"İnsanların minimum həyat tələbatlarının ödənilməsi üçün bəzi müəssisələr hər bir halda fəaliyyət göstərirlər. Onlara heç bir məhdudiyyət qoyulmur. Məsələn, çörək bişirmə sexində işləyən şəxs bu iddia ilə çıxış edə bilməz ki, 10 günlük tətildi və çörək bişirmirəm. Burada növbətçilik qrafiki, iş saatlarına düzgün riayət olunması və s. bu kimi müddəalara ciddi şəkildə riayət etmək lazımdır. Lakin buna görə əməkhaqqının kəsilməsi təbii ki, qanunsuzdur. Buna görə sahibkarın işçinin əməkhaqqını kəsməsinə yol verilmir". 
Vəkil qeyd edib ki, əgər əmək qanunvericiliyi pozularsa, onlar Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilərlər:
"Əgər işçi işində olmalıdırsa, müqaviləli tərəf olaraq, o, işini görməlidir. Bundan başqa, özbaşına işburaxmaya görə işdən azad olunma kimi sərt intizam tədbirləri də tətbiq oluna bilər. Lakin digər hallarda işçinin aylıq qrafiki, tabeli olur. O, tabeldə göstərilən günlərdə işində olubsa, əməkhaqqı tam həcmdə ödənilməlidir. Əmək qanunvericiliyi pozularsa, işçilər Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilərlər". 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol