Unibankda yeni təyinat olub

Unibank rəhbərliyinin qərarı ilə Sevda
Əliyeva "Unibank”
ASC-yə Transformasiya üzrə baş inzibatçı təyin edilib. Sevda Əliyeva Unibank
komandasına qoşulanadək "Azercell”, "Kcell” ,"Jump Marketing Agency” şirkətlərində
müxtəlif vəzifələrdə işləyib. "Unibank”dan əvvəl isə o, Paşa Bank-da çalışıb.
Sevda Əliyeva BDU-da bakalavr təhsili alıb və
telekommunikasiya üzrə təhsilini Böyük Britaniyanın İnformasiya
Texnologiyaları Akademiyasında davam etdirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























