• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəriqaz” altı Qaz İstismar İdarəsini ləğv edir

“Azəriqaz” altı Qaz İstismar İdarəsini ləğv edir
08.07.2014 14:24
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin Şabran Qaz İstismar İdarəsi ləğv edilir.“APA-Economics”in məlumatına görə, artıq bununla bağlı orada çalışan işçilərə bildirişlər paylanılıb. Bildirişlərdə idarə əməkdaşlarına 2 ay müddətində özlərinə yeni iş yerini tapmaları ilə bağlı müraciət olunub.“Azəriqaz” İB-nın mətbuat xidmətinin rəhbəri Araz Ağayev “APA-Economics”ə bildirib ki, bu ilin iyun ayının 17-dən etibarən Xaçmaz və Salyan Regional Qaz İstismar İdarələri yaradılıb. “Xaçmaz Regional Qaz İstismar İdarəsinin yaradılması ilə əlaqədar olaraq, struktur dəyişikliyi və struktur təkmilləşdirilməsi işləri getdiyi üçün işçilərə bildirişlər paylanılıb. Bu təbii prosesdir. Xaçmaz Regional Qaz İstismar İdarəsi Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar Qaz İstismar İdarələrinin yenidən qurulması nəticəsində yaradılır. Buna görə də 6 rayonun qaz istismar sahələrinin işçilərinə əmək qanunvericiliyinə uyğun olaraq bildirişlər paylanılıb. Bu idarələr yenidən təşkil olunduğu üçün bunların maddi-texniki bazasında Xaçmaz Regional Qaz İstismar İdarəsi yaradılır. Köhnə struktur qalmayacağı üçün orada işləmiş işçilər regional idarədə işlə təmin olunacaqlar. Bu insanların yenidən işlə təmin olunması məsələsi isə İnsan Resursları İdarəsinin səlahiyyətindədir”.Bu regionda işləyib sərbəstləşəcək işçilərin sayına gəldikdə isə qurum rəsmisi indidən hər hansı məlumat verə bilməyəcəyini qeyd edib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol