• $
  • €
  • ₽
  • ₺
  • £

İşsizlərə ŞAD XƏBƏR

İşsizlərə ŞAD XƏBƏR
24.07.2020 20:13
Özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi və icrasının sürətləndirilməsi işləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, cari il ərzində 12 min işsiz şəxsin proqrama cəlb edilməsi planlaşdırılır.
Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3 700-dən çox vətəndaş bu proqrama cəlb edilib. 
Özünüməşğulluq proqramının genişləndirilməsində bu il Dünya Bankı ilə birgə də layihəyə başlanacaq. Dünya Bankı layihəsi çərçivəsində hər il 5 min, bu il isə 2 min ailənin özünüməşğulluğu təmin ediləcək. 
Həmçinin Nazirlik tərəfindən BMT-nin İnkişafs Proqramı ilə əməkdaşlıq çərçivəsində 500 nəfər əlilliyi olan şəxsin aktivlərlə təmin edilməsi işləri həyata keçirilir. 
Özünüməşğulluq proqramına dəstək məqsədilə Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq da cari il üzrə davam etdiriləcək. Belə ki, 2020-ci ildə daha 250 ailə üçün bağçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulub. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memoranduma əsasən özünüməşğulluq proqramının genişləndirilməsində banklarla da əməkdaşlıq edilir. Artıq 200-dən çox proqram iştirakçısına seçdikləri fəaliyyət sahəsi üzrə kiçik bizneslərini qurmaq üçün banklar tərəfindən mal və materiallar formasında aktivlər təqdim edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol