• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdakı sənədsiz evlərin sakinləri üçün ŞAD XƏBƏR

Bakıdakı sənədsiz evlərin sakinləri üçün ŞAD XƏBƏR
04.07.2014 14:06
Bakı sakinlərinin bir qismini narahat edən əsas problemlərdən biri öz həllini tapır. Məlumdur ki, Bakı və ətraf qəsəbələrdə qeyri-qanuni xeyli tikililər mövcuddur. Bu da bir çox hallarda vətəndaşlarla dövlət qurumları arasında ciddi problemə səbəb olur. 
 
Tikililərin dövlət qeydiyyatına düşməsinə isə ciddi əngəllərlə qarşılaşır. Bu problemin həll olunması və paytaxtında qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti belə tikililərin siyahıya alınması prosesini başa çatdırıb. ANN.Az-ın “aznews.az”a istinadən xəbərinə görə, artıq 4 kateqoriya üzrə siyahı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib: “Bakı Şəhər İcra Hakimiyyəti müvafiq qurumlarla birgə 1900-1950-ci ilədək, 1975-ci ilədək, 1990-2000-ci ilədək və 2012-ci ilədək tikilən sənədsiz tikililərin siyahısını tərtib edib”. 
Xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər. Qurumdan bildirilib ki, sözügedən kateqoriyalar üzrə icazəsiz tikilən evlərin sənədləşdirilməsinə bu ilin sentyabrından başlanacaq. 
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov da açıqlamasında bu ilin sentyabrından Bakı və ətraf qəsəbələrdə bu tip tikililərin sənədləşdirilməsi prosesinin başlanacağını istisna etməyib:”Bununla bağlı dövlət başçısı tərəfindən göstəriş verilib. Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı komissiya yaradılıb. Aldığım son məlumata görə, problemin həlli ilə bağlı komissiya tərəfindən işlər yekunlaşıb. Bununla bağlı ölkə başçısına da yaxın vaxtlarda məlumat veriləcək. Yəqin ki, sentyabrdan sənədsiz evlərin sənədləşdirilməsinə başlanılacaq”. 
 
Xatırladaq ki, ölkə başçısı 2010-cu ildə Bakı və ətraf qəsəbələrinin inkişafına dair II Dövlət Proqramının təqdimatına dair keçirilən konfransda bu problemi qaldırıldı. Prezident İlham Əliyev qanunsuz tikililər məsələsinin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan edərək müvafiq strukturlara xüsusilə Bakı Şəhər İcra Hakimiyyətinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq verib. 
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol